AMEA-da NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda bu yaxınlarda ciddi qalmaqal yaşanıb.
Xalqxeber.az xəbər verir ki, hurriyyet.az-a etibarlı qaynaqlardan daxil olan məlumata görə, bir aya yaxındır işə gecikmələrlə gələn İnstitutun ləğv olunmuş Planlaşdırma Şöbəsinin müdiri, hal-hazırda mühasibatlıqda baş iqtisadçısı vəzfəsində çalışan Fatimə İsmayılova ilə institutun direktoru Vaqif Abbasov arasında insident yaşanıb.
Məlumata əsasən, Fatimə İsmayılovaya “bir daha işə işə geciksən cəzalandırılacaqsan” deyə irad bildirən Vaqif Abbasov, aldığı cavabın qarşılığını verməkdə çətinlik çəkib. Belə ki, direktorun azarlamasından pərt olan Fatimə İsmayılova ona cavab verməyə məcbur olub: “Yaxşı eləyib gecikirəm. Necə olur ki, sizin qohumlar işə gəlməyə-gəlməyə cəzalandırılmırlar, amma biz gecikəndə cəzalandırılırıq?! Bunda sonra belə olacaq, ta ki, qohumlarınız işə gələnə qədər”.
Mənbənin sözlərinə görə, bu insident Neft-Kimya Prosesləri İnstitutunun çox sayda əməkdaşının gözü qarşısında baş verib.
Xatırladaq ki, biz “Hürriyyət” olaraq bir müddət öncə Vaqif Abbasovun yüzə yaxın qohumunun institutda müxtəlif vəziflərdə işlədiyi ilə bağlı məlumat vermişdik. Həm məlumatdan sonra Abbasov qohumlarının bir hissəsini işə gəlməyə məcbur edə bilmişdi. Qalanları isə hansısa səbəbdən gəlməkdən imtina ediblər.
Görünür, bu da Fatimə xanımın, eləcə də onun kimi digər işçilərin, direktor Vaqif Abbasovun qohumları kimi işə davamiyyətini azaltmışdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?