Azərbaycanda unun kisəsi 50 manata qalxıb? - Şirkətlər açıqladı
Sosial şəbəkələrdə unun topdan satış qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb.
Xaqlxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, unun bir kisəsinin hazırda 50 manata satıldığı bildirilib.
Bayram öncəsi unun qiymətinin birdən–birə 15 manatdan çox qalxması ilə bağlı olan bu məlumat xalq arasında böyük narahatlığa yol açıb.
Məlumatın nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün Azərbaycanda un istehsalı və satışı ilə məşğul olan iri şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.
"Karat Holdinq” MMC-dən Qaynarinfo-ya bildirilən məlumata görə, hazırda unun bir kisəsi 35 manat 90 qəpiyə satılır.
"Xırman” MMC-dən unun bir kisəsinin 36 manata satıldığını vurğulayıblar.
"Qarabağ un” MMC-dən hazırda satışın dayandığını bildirilib.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?