"Avropa Qapıları"nda ASİYA AB-HAVASI... - GİLEY
Hər dəfə yazıram ki, kasıb ən sevimli əşyasının adını GÜMÜŞ qoyan kimi...
Ad məsələsinə bəziləri FORMA kimi baxır və düşünür ki, əsas MƏZMUNDUR...
Amma anlamırlar ki, FORMA və MƏZMUN bir-biri ilə sıx bağlıdır.
Fikir verirsinizsə, son 20-30 ildə Azərbaycanda yaranan şirkətlərin, restoranların, şadlıq evlərinin və s adlarına fikir verin. Hamısı pafoslu, gurultulu adlar.
Məsələn, AVROPA QAPILARI...
Bu şirkətin sahibi kimdir bilmirəm. Amma demək istəyirəm ki, bizə Avropa qapısı yox, AVROPA QAFASI lazımdır...
Bəli, Azərbaycan dövləti olaraq üzv olduğumuz AVROPA ŞURASININ dəyərləri odur ki, insan haqlarına hörmət elə, müştərini aldatma, İSTEHLAKÇI həmişə haqlıdır və s..
Gəlin açıq danışaq. Biz Avropa Şuarasına daxil olanda üzərimizə öhdəçilik götürmüşük ki, hətta Avropa Məhkəməsinin qərarlarını icra etməliyik...
Başa düşdünüzmü...
Bəs onda görəsən adını Avropa Qapıları qoyan şirkətin rəhbərliyi niyə vətəndaşın hüquqlarını pozur ?
Təsəvvür edirsiniz, həyat yoldaşı şəhid olan, özü müharibə veteranı oaln xanımı Avropa Qapılarının Nərimanovdakı ofisi neçə aydır get-gələ salıb.
Şəhid xanımı 80 manat veteran pulunu toplayaraq öz evi üçün 1400 manat dəyərində qapı sifariş verib.
Amma neçə aydır Avropa qapıları üzərinə düşən öhdəliyi yerinə yetirmir.
Bəli, bizə Avropa qapılarından öncə AVROPA QAFASI lazımdır.
Veteran xanıma da deyirik ki, ay xanım, özümüzün o qədər keyfiyyətli qapılarımız olduğu halda niyə 1400 manatını belə məsuliyyətsiz şirkətlərə verirsən..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?