AAYDA rəhbərliyinin DAHA BİR ÖLÜM TƏLƏSİ... - NƏ VAXTA QƏDƏR...
Səhər saatlarında Zığ-Hövsan yolunda ağır qəza baş verib.
DİA.AZ xəbər verir ki, hadisə "Mersedes" markalı avtomobillə "Toyota" markalı minik avtomobilinin toqquşması nəcəsində baş verib.
Şahidlərin sözlərinə görə, hadisəyə avtomobillərdən birinin ötmə əməliyyatı etməsi səbəb olub. Qəzada sürücülərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Qeyd edək ki, Zığ-Hövsan yolunun təmiri 8 ildir bitmir. Bu yolda günaşırı qəzalar baş verir.
DİA.AZ bildirir ki, bütün bu qəzaları ancaq bir ünvana - AAYDA rəhbərliyinin ayağına yaza bilərik. Onlardan bir soruşan gərəkir: Yollar niyə təmirdə ilişib qalır? Vəsaitmi qurtarıb? Qurtarıbsa, NİYƏ? Və yaxud da az ayrılıbsa, nədən əlavə vəsait ayrılmır? Nə zamana qədər insanlarımız sizin kimilərin qurbanı olacaq? Nə zamana qədər sizin kimi yarıtmaz məmurlar millətin baş bəlasına çevriləcək?
Hər halda, bu sualların cavabı tapılsa... verilsə yaxşıdır...
DİA.AZ XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?