Daha 184 azərbaycanlı təxliyə olundu
Martın 15-də Ukraynadakı vəziyyətlə əlaqədar Polşanın Katovitse şəhərindən bir qrup Azərbaycan vətəndaşının "Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysi ilə növbəti təxliyəsi həyata keçirilib.
10-u uşaq olmaqla, ümumilikdə 184 vətəndaşımız Azərbaycana geri qayıdıb.
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edərək Polşadan təxliyə olunan Azərbaycan vətəndaşı Qadir Quliyev göstərilən diqqətə və köməyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, bir müddət əvvəl Polşada ailəsi ilə birlikdə sığınacağa yerləşdirildiyini deyib.
Azərbaycana təxliyə olunan azyaşlı soydaşımız Roman Şəfiyev bildirib ki, Ukraynanın Xarkov şəhərində yaşayıb.
"Hər şey çox yaxşıdır. Anam və qardaşımla birlikdə təxliyə olunmuşuq. Vətənimə gəldiyim üçün çox şadam”, - deyə R.Şəfiyev qeyd edib.
Qeyd edək ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katovitse şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?