AMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi TƏKLİF EDİLİB
AMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi təklif edilib.
Bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.
O bildirib ki, AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.
D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir: "Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı". //report//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?