Redaksiyamıza Masallı rayon Müsaküçə kənd sakini Rzayev Nizami Əsgər oğlu və digər sakinlər videomüraciətlə şikayət ünvanlayıblar. Onların dediyinə görə, Musaküçə kənd ərazisində antisanitar vəziyyət yaranıb. Kənddə bir dənə də olsun belə zibil qabı yoxdur və kəndimizin ərazisi zibilxanaya çevirilib, ərazidə üfunət iysindən durmalı deyil.
Xalqxeber.az bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Müsaküçə kənd ərazi nümayəndəsi Surac Şahverdiyev , bələdiyyə sədri Rafiq Eynullayev və yerli ekologiya işçilərinin göstərişi ilə torpaqlarımız qazılır, sonra isə həmin qazıntı yerləri məqsədyönlü şəkildə zibillərlə doldurulur. Vətəndaşlar aidiyyatı orqanlara bu barədə müraciət etsələr də, amma çox təəssüflər olsun ki, bunun heç bir nəticəsi olmamışdır. Şikayətçilər bildirir ki, gələn yoxlamalar gəlib rüşvət alaraq şikayəti ört-basdır edirlər. 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin işçiləri də həmçinin gəlib şikayətləri ört-basdır edir.
Vətəndaşlar Ölkə Başçısı və Ekologiya naziri Muxtar Babayevdən kömək istəyirlər.
Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.