SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Elmar Vəliyev, Mikayıl İsmayılov… Abutalıbovun postu uğrunda didişmə - şok adlar

Elmar Vəliyev, Mikayıl İsmayılov… Abutalıbovun postu uğrunda didişmə - şok adlar

Tarix:

25-05-2017, 09:33

/ 104 773 dəfə oxundu.
Elmar Vəliyev, Mikayıl İsmayılov… Abutalıbovun postu uğrunda didişmə - şok adlar

Gəncənin icra başçısı Elmar Vəliyev Bakı şəhər İcra Hakimiyyəti postuna hazırlaşır
Bakı meri Hacıbala Abutalıbovla yolların ayrılması qərarına gəlinib.
Qocaman icra hakiminin yaşı ilə əlaqədar təqaüdə göndərilməsi nəzərdə tutulur. H.Abutalıbov hakimiyyətə sədaqətlə xidmət etmiş məmurdur. Onun karyerasında iqtidara qarşı bir fəaliyyət olmayıb.
E.Vəliyev isə Gəncədəki təcrübəsini Bakıya daşımağa hazırlanır. Onu himayə edən qüvvələr dosyesini siyasi rəhbərliyə təqdim ediblər. İddialara görə, o, çoxdandır ki Bakının icra hakimi olmaq arzusundadır.
Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbovun səhhətində yaranmış problemlə əlaqədar olaraq, yaxın günlərdə vəzifəsindən çıxarılacağı artıq dəqiqləşib.
Abutalıbovun özü də vəzifəsindən getmək istədiyini rəsmi qurumlara çatdırıb. Bildirib ki, daha əvvəlki səviyyədə işləyə bilmir, üstəlik, səhhəti də buna imkan vermir.
Məlumata görə, Bakı merinin belə bir addım atmasından sonra xəbər şəhərə yayılıb və onun postu uğrunda mübarizə şiddətli şəkil almağa başlayıb.
Məlumata görə, Hacıbala Abutalıbovun postunda hakimiyyətdəki başqa qrupların da gözü var.
Bir maraqlı məqamı da qeyd edək ki, bir qayda olaraq Gəncənin icra başçılarının Bakıya uyğun posta gətiriləcəyi haqda məlumatlar adi hal alıb.
Məsələn, Eldar Əzizov Gəncənin icra başçısı olanda da onun Hacıbala Abutalıbovu əvəzləyəcəyi deyilirdi. İndi isə analoji iddialar Elmar Vəliyevin ətrafında cərəyan edir.
Ola bilsin ki, bu, Gəncənin ölkənin ikinci şəhəri olması səbəbindən qaynaqlanır. Yaxud öz adamlarını Gəncəyə başçı təyin etdirən qruplaşmalar daha sonra həmin şəxsi Bakıya gətirməyə çalışırlar və xəbərlər də təsadüfən meydana çıxmır.
Onu da diqqətə çatdıraq ki, Bakının icra başçısı vəzifəsinə adları qeyd edilən şəxslərdən başqa iddialılar da var.
Məsələn, ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılov mer olmaq istəyir. Onunla yanaşı, bir neçə məmur da bu post uğrunda mübarizəyə başlayıb.
Qeyd edək ki, artıq xeyli müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun tutduğu vəzifədən kənarlaşdırılacağı barədə söhbətlər dolaşmaqdadır.
Bəzi mənbələr şəhər merinin yaşı və səhhətində yaranan bir sıra problemlərlə əlaqədar olaraq işdən çıxma ərizəsi yazacağını vurğulayıblar.
Paytaxt merinin postundan uzaqlaşdırılacağını eşidən bəzi qüvvələr isə bu kürsü uğrunda sözün əsl mənasında qızğın mübarizəyə başlayıblar.
BŞİH-in başçısı vəzifəsinə iddia edənlərin arasında çox maraqlı şəxslərin adı var. Hansı ki, onların bir neçəsi hazırda ayrı-ayrı vəzifələrdə təmsil olunurlar.

ulus.az

Şərhlər

XƏBƏR LENTİ