SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hakimiyyət Cahangir Hacıyev-Samir Şərifov bəlasından qurtulur - ABB müflis olur...

Hakimiyyət Cahangir Hacıyev-Samir Şərifov bəlasından qurtulur - ABB müflis olur...

Tarix:

24-05-2017, 10:30

/ 61 279 dəfə oxundu.
Hakimiyyət Cahangir Hacıyev-Samir Şərifov bəlasından qurtulur - ABB müflis olur...

“Azərbaycan Beynəlxalq Bankı” ASC müflis elan oluna bilər
Bankın hakimiyyətin iqtisadi iyasətinin başına açdığı oyun ağır fəsadlar verməkdədir.
Bankın keçmir müdiri CahangirHacıyevin həbsi də qəzəbi soyutmayıb və zərərlərin ödənilməsini təmin etməyib. Bu baxımdan bankın çöküşündə məsuliyyəti olduğu deyilən maliyyə naziri Samir Şərifovun vəziyyəti də ürəkaçan deyil.
Hətta Nazirlər Kabineti ötən il Ehtiyat Fondunun 68%-ini ABB-nin nizamnamə kapitalına xərcləyib.
2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitlərinin 68%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının artırılmasına yönəlib.
Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondu üçün dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub, lakin 828 mln. 972,8 min manat ayrılıb.
Xərclənən vəsaitin 77,5%-i üç strukturun payına düşüb: ABB (564 mln. manat, 68%), Mərkəzi Seçki Komissiyası (46,103 mln. manat, 5,7%) və Müdafiə Nazirliyi (31,771 mln. manat, 3,8%).
ABB cari ilin yanvar ayında nizamnamə kapitalının 93,5% artırılaraq 1 mlrd. 241 mln. 287 min 248,06 manata çatdırıldığını elan edib.
Kapitallaşma prosesində 600 mln. manatlıq əlavə səhm emissiyasının hesabına baş verib. Beləliklə, Maliyyə Nazirliyi ABB-nin kapitalında iştirak payını 54,96%-dən 76,73%-ə çatdırıb.
Məlumata görə, hakimiyyət ABB bəlasından qurtulmaq istəyir.
Azərbaycanın ən böyük bankı olan ABB-nin Nyu-york məhkəməsinə restrukturizasiya üçün müraciət etməsi ölkəmizin bütün bank sistemini çökdürə bilər. Bir çox iqtisadçı ekspertlər bu təhlükəni istisna etmirlər.
ABB-nın beynəlxalq maliyyə qurumları arasında yaratdığı güvən sayəsində digər kommersiya bankları da xarici kreditlər əldə edirdilər.
Baş verən hadisədən sonra isə digər banklar da bu imkandan məhrum oldular. Bu isə ölkənin bank sektorunun iflas olunması ehtimalını gücləndirir.
Çünki, xaricdən ucuz vəsait cəlb edib, yüksək faizlə kredit vermək ölkənin bank sisteminin əsas prioriteti olub. Amma indi xaricdən borc almaq mümkünsüz və ya daha çətin olacaq.
Dərd burasındadır ki, Nyu-york məhkəməsinə müraciətilə özü kimi Azərbaycanın da beynəlxalq nüfuzuna kölgə salan ABB-nin indiki çətin vəziyyətə düşməsinin əsl səbəbləri və səbəbkarı da tam bəlli deyil.
Baxmayaraq ki, 2015-ci ilin ilk iki ayına qədər bankın sədri vəzifəsini həyata keçirən Cahangir Hacıyev bütün günahların əsas baiskarı kimi həbsə atılıb, barəsində 15 il azadlıqdan mərhum etmək hökmü çıxarılıb.

Şərhlər

XƏBƏR LENTİ