SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir

Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir

Tarix:

4-03-2022, 14:52

/ 397 dəfə oxundu.
Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edir


 
Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar  ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək  bir siyasi qüvvənin yaradılmasını qarşısıalınmaz  tələbə çevirdi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək  bu məqsədlə  zəngin dövlətçilik təcrübəsinə malik  Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi.
Bir il öncə 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının   VII qurultayı əlamətdar  tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi  dəyərləndirildi.  Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən  YAP-ın  qarşısında dayanan  vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin  vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Cənab İlham Əliyevin bu tövsiyələrini özünün gündəlik  fəaliyyətində rəhbər tutan YAP  30 illik yubileyi ilinə yeniləşmiş formatda qədəmini qoymuşdur.
Son 18 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.
Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Prezident qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin işğalına 44 gündə son qoydu.
Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. 
 
Aynur Xəlilova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ