SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » YAP-ın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklər

YAP-ın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklər

Tarix:

4-03-2022, 14:50

/ 445 dəfə oxundu.
YAP-ın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklər

 
Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük və mühüm dəyişikliklərlə yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.
Bir il əvvəl keçirilən YAP-ın VII qurultayında  vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması,  İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.
Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın   YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.
VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti  partiyanın inkişafına böyük töhfə verir.
Bütün bunlarla yanaşı Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə tədbirlərin keçirilməsi də milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlətin strateji maraqlarının müdafiəsi naminə ictimai rəyin formalaşması baxımından da önəmlidir. Keçirdiyimiz tədbirlər həm gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm partiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, istiqamətində mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.
 
Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ