SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramiz Mehdiyev getdi, indi də vəkili MEYDAN SULAYIR... - Özünü hələ də Mehdiyev dövründə hiss edir...

Ramiz Mehdiyev getdi, indi də vəkili MEYDAN SULAYIR... - Özünü hələ də Mehdiyev dövründə hiss edir...

Tarix:

3-03-2022, 18:24

/ 556 dəfə oxundu.
Ramiz Mehdiyev getdi, indi də vəkili MEYDAN SULAYIR... - Özünü hələ də Mehdiyev dövründə hiss edir...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq şöbəsinin müdiri Kamal Əliyev "Xural TV" onlayn kanalının rəhbəri Əvəz Zeynallının həbsini tələb edir. Əliyev bu tələblə xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Martın 3-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Şöbə müdiri iddia edir ki, Zeynallı onu ağır cinayətdə günahlandırmaqla böhtan atıb. Söhbət Əliyevin 2017-ci ildə baş vermiş "Tərtər hadisələri" (bir çox hərbçilərə işgəncə verilməsi, onlardan bir hissəsinin öldürülməsi və s.) ilə əlaqədə ittiham olunmasından gedir. Ona görə də "Xural TV" rəhbərinin CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Zeynallı isə onun iddiasının əsassız olduğunu deyir. Baş redaktor AzadlıqRadiosuna bildirib ki, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucova "Xural TV"də qonaq olarkən ona Kamal Əliyev haqda sual ünvanlayıb: "Soruşdum ki, Kamal Əliyevin adı "Tərtər hadisələri"ndə hallanır, bu barədə nə deyə bilərsiz? Esmira xanım da cavab verdi ki, "bu haqda heç bir məlumatım yoxdur". Vəssalam. Buna görə mənə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Həqiqətən də, mətbuatda onun adı hallanıb, mən də jurnalist olaraq, aydınlaşdırmağa çalışmışam. Bunun qədər normal olan nə var ki?!".

Əliyevin jurnalistə qarşı iddiasını Binəqədi Rayon Məhkəməsi icraata götürüb baxmaqdan imtina edib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Xatırladaq ki, AMEA-nın Hüquq şöbəsinin müdiri keçmiş deputat Elton Məmmədova qarşı da məhkəmədə bənzər iddia qaldırmışdı. Onun da həbsini tələb edirdi.

Kamal Əliyev iddia ərizəsində göstərmişdi ki, Elton Məmmədov onu "cinayətkar" adlandırıb, onu 2017-ci ildə "Tərtər hadisələri" ilə bağlı ədalətsiz hökmlər çıxarmaqda ittiham edib.

Əliyev əvvəllər hərbi məhkəmənin hakimi olub.

Lakin Səbail Rayon Məhkəməsi həmin iddianı icraata götürmədi.

Şərhlər

XƏBƏR LENTİ