SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hüquq Eksperti İsmayıl Zalov: Ədalət həqiqətin meyarıdır

Hüquq Eksperti İsmayıl Zalov: Ədalət həqiqətin meyarıdır

Tarix:

3-03-2022, 12:11

/ 515 dəfə oxundu.
Hüquq Eksperti İsmayıl Zalov: Ədalət həqiqətin meyarıdır

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə–hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılmış, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilmiş, onların səlahiyyətləri genişləndirilmiş, sayı artırılmış, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin səffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yeniləşməsinə nail olunmuşdur. 
Məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir. Arbitr rolunda çıxış etməklə məhkəmə sistemi hüquqla tənzimlənən bütün fəaliyyət sahələrini eyni vaxtda müdafiə edir. Məhkəmə orqanları sistemi konstitusiya quruluşunun əsaslarının sarsılmazlığını, hüquq qaydasını, iqtisadi məkanın vahidliyini, fiziki və hüquqi şəxslərin əmlak və qeyri-əmlak hüquqlarını, həmçinin iqtisadi fəaliyyət azadlığını təmin edir.
Hüquq münasibətlərinin subyektləri arasında hüquq və vəzifələrin həyata keçirilməsi prosesində meydana çıxan mübahisələrin qanun əsasında, ədalətli və tez həll edilməsinə olan tələbatı qarşılamalı olan məhkəmə sisteminin fəaliyyəti daimi təkmilləşməni tələb edir. Bu tələbat qloballaşan dünyanın sürətli inkişafı, insanlar arasındakı iqtisadi, mülki, ailə və digər münasibətlərin ölkə çərçivəsindən kənara çıxaraq beynəlmiləlləşməsi, informasiya-kommunikasiya texnologiyalarının durmadan yeniləşməsi, müvafiq olaraq yeni hüquq münasibətlərinin yaranması və tənzimlənməsi ilə bağlı ayrı-ayrı ölkələrin, beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsini şərtləndirir.
Məhkəmə iclasının açıqlığı məhkəmə və cəmiyyət arasında əlaqəni təmin edir. Bu məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır.
Məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıq səviyyəsində aparılmasıdır. Məhkəmə baxışı zamanı mövcud qanunlar əsasında, tərəflər tam dinlənilməklə, nə üçün məhz belə qərar qəbul edilməsinin tərəflərə və məhkəmə prosesini izləyənlərə çatdırmağa nail olunursa ictimaiyyətdə məhkəmə hakimiyyətinə inam artacaqdır.
Hüquq Eksperti olaraq xüsusilə qeyd edim ki, Gəncə Apellyasiya Məhkəməsində verilən qərarlar ədalətə söykənərək, femidanı rəhbər tutaraq, qəbul olunur. 
Gəncə Apellyasiya məhkəməsində işlərə qərəzsiz baxılması, ədalətliliyin təmin olunması, hakimlərin peşə fəaliyyətinə məsuliyyətlə yanaşması, cəmiyyətdə hakimin nüfuzunun yüksək mövqeyinin qorunmasına xidmət edir. Əlbətki obyektiv və tərəfsiz qərarlar, ədalət mühakiməsinin nüfuzunun gücləndirilməsinə, dövlətlə xalqın birliyinə xidmət edir.
Mən Hüquq Eksperti kimi Gəncə Apellyasiya Məhkəməsində verilən qərarların qərəzsiz, obyektiv və ədalətli olduğunun bir daha şahidi oldum. Dəha dəqiq desəm Avropa ölkələrində olduğu kimi, insanların məhkəmə müdafiəsi hüququna tam təminat verən müasir, etimad doğuran və yüksək nüfuza malik olan məhkəmə sisteminin inkişaf etdiyinə əmin oldum.

Hüquq Eksperti: İsmayıl Zalov

Şərhlər

XƏBƏR LENTİ