İngilis deputatlar Azərbaycana qarşı sanksiya tələbini qəbul etmədilər
“Britaniyalı deputatın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərlə bağlı Böyük Britaniya parlamentindəki həmkarlarımızla əlaqə saxlayıb Azərbaycanın mövqeyi ilə bağlı həqiqətləri çatdırmışıq”.
Bu sözləri Modern.az-a britaniyalı deputatın Azərbaycana qarşı sanksiya tələbi haqqında danışan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının bütün dövlətlərin, o cümlədən Ukraynanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü bütün beynəlxalq platformalarda daim dəstəklədiyi bir daha diqqətə çatdırılıb:
"Müharibə başlamazdan bir ay əvvəl ölkə başçımızın Ukraynaya səfərini xatırladaraq ölkələrimiz arasında münasibətlərin çoxşaxəli olduğunu və strateji xarakter daşıdığını diqqətə çatdırmışıq. Müharibə başlayandan sonra Ukraynaya humanitar yardımların göstərilməsi və eləcə də iki ölkə arasında danışıqlara başlamaq üçün Azərbaycanın vasitəçilik təklifi və səyləri haqqında kifayət qədər məlumat vermişik. Britaniyalı həmkarlarımız deputatın səsləndirdiyi fikirlərin subyektiv xarakter daşıdığını və mütləq əksəriyyətin bu fikirlə razılaşmadığını qeyd ediblər".

Cavanşir Feyziyev vurğulayıb ki, beynəlxalq münaqişələrin həlli ilə bağlı Azərbaycanın mövqeyi həmişə şəffaf olub və bu mövqe BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır:
“Azərbaycanın mövqeyi ilə bağlı Böyük Britaniya hökumətində kifayət qədər dəqiq məlumatlar var. Bu məlumatlar diplomatik kanallar və müxtəlif səviyyələrdə mövcud olan bütün qarşılıqlı əlaqələr vasitəsilə daim çatdırılır. Ona görə belə əsassız bəyanatlar ölkələrimiz arasında uzun müddət ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə bilməz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?