Azərbaycanda general ona "telepuzik" deyən kəşfiyyatçını MƏHKƏMƏYƏ VERDİ
Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.
Xalqxeber.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.
Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.
Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.
Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?