SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Samuxda özbaşınalıq edən KİMDİR? - İTTİHAM

Samuxda özbaşınalıq edən KİMDİR? - İTTİHAM

Tarix:

1-03-2022, 08:34

/ 401 dəfə oxundu.
Samuxda özbaşınalıq edən KİMDİR? - İTTİHAM

Samux rayonun Bozdağ massivində “12 h” saylı meşə ərazisində sözün əsl mənasında “yaşıl soyqırım” həyata keçirlib. Göygöl Milli Parkının ərazisi sayılan 320 hektardan artıq meşə sahəsi ağır texnikalardan istifadə edilməklə ağaclar konlarla kökündən çıxarılmışdır.Həm də sözügedən ərazilər şumlanaraq əkin sahəsinə çevrilib. Meşə örtüyünü və təbiətin təbii özəllikləri qəsdən məhv edən şəxslər milli parkın ərazisinin qanunla qorunan hüquqlarına və ekoloji maraqlara təcavüz edərək özlərinə günəbaxan və arpa-buğda əkirlər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili surətdə öz diqqətini “yaşıl soyqırım” ərazisinə yönəltsə yaxşı olar.

Xaqlxeber.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az-a Kəlbəcər rayon sakini Məmmədov Əvəz Cəmil oğlu tərəfindən videomaterial göndərilib.
Şikayətçi qeyd edir ki, ona 2011-ci ildən 2026-cı ilə qədər 15 il müddətinə Samux rayonun İcra hakimiyyəti tərəfindən 225 ha torpaq sahəsi icrayə verilmişdir.Həmin torpaq sahəsinə bitişik olan ərazi eləcədə Samux rayonunun Narlı bulaq, şəhər burnu və Daşlı burun kimi tanınan ərazilərində təbiətə külli miqdarda ziyan vurulub.

“yaşıl soyqırım” müəllifləri bitki örtüyü ilə yanaşı çay yataqlarının bitki zənginliklərindən ibarət olan park ərazisindəki söyüd, qovaq, saqqız və digər qiymətli ağac cinslərini ağır texnika ilə kökündən çıxararaq yerində hazırda tikinti işləri aparırlar.Fermerin göndərmiş olduğu videokadrlara baxsaq görərik ki, əraziyə xeyli sayda dəmir yoluna məxsus olan beton dirəkləri də gətirib töküblər. Hazırda kür çayı istiqamətinə trakorlar vasitəsi ilə yolda çəkildiyi bildirilir.Bu əraziləridə ağalıq edən əkinə və tikinti işlərini maliyələşdirən Adil adlı vəzifəli şəxsin Gəncə sakini olduğu bildirlir. Nə isə Göygöl Milli Parkında “dərə xəlvət Tülkü bəydir”?!

Kür çayının sağ sahilində 2 km uzunluğunda, 2 metr dərinliyində qazılmış iri xəndəklər ərazidə mal-qara saxlayan fermerlərin də hərəkətini xeyli dərəcədə məhdudlaşdırıb.
Kəlbəcərli fermerin dediyinə görə, özbaşınalıq Göygöl Milli Parkına (Dövlət Təbiət Qoruğuna) məsul olan şəxs və şəxslər tərəfindən normal hal kimi qarşılanır. Birbaşa bu işlərin arxasında həm də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin rəhbəri cənab Ceyhun Hüseynovun dayndığı bildirilir.
Meşə massivinin və xüsusi təlimat və qaydalarla qorunmalı olan milli park ərazisinə operativ nəzarətsizliyin həcmi “işbaz”ların cinayət tərkibli əməllərinə açıq şərait yaradıb. Nəticədə də Göygöl Dövlət Qoruğunun balansında yaradılan Milli Parkının həmin ərazisinə külli miqdarda ziyan dəyib.
Şikayətçi bildirir ki, həmin ərazidə əvvəlki illərdə heç vaxt belə özbaşınalıq halı qeydə alınmayıb. Bunun səbəbi Göygöl Milli Parkının yeni direktoru İlham Məmmədovla əlaqədardır.Ona görə ki,direktor, təbiəti mühavizə idarəsinin rəisi Natiq Kazımovla separat danışığa getməsəydi sözügedən 120 ha ərazidə günəbaxan əkilə bilməzdi.
İnanırıq ki, sözügedən özbaşınalığın durdurulması hüquq mühavizə orqanlarının eləcə də Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev üçün daha önəmli və mümkün iş olacaq!

Məhv edilən ərazilərin video görüntüsünü təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ