SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rusiyalı jurnalistlər Azərbaycanın uğur və mövqeyi ilə bir daha məlumatlandırıldılar

Rusiyalı jurnalistlər Azərbaycanın uğur və mövqeyi ilə bir daha məlumatlandırıldılar

Tarix:

28-02-2022, 13:12

/ 308 dəfə oxundu.
Rusiyalı jurnalistlər  Azərbaycanın  uğur və mövqeyi ilə bir daha məlumatlandırıldılar

 
Bu il fevralın 23-də Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüş keçirib və bu görüş dünyanın bir sıra aparıcı informasiya vasitələrinin diqqət mərkəzində olub. Görüş zamanı ölkə başçısı iki qonşu dövlət arasında mövcud əlaqələrin vəziyyəti, gələcəkdə daha da genişləndirilməsi, həmçinin bir çox sahələri əhatə edən sualları ətraflı cavablandırıb.

Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə çoxsaylı müsahibələrinin hər biri  məhz tarixi Zəfərimizin təqdimatı fonunda aparılır, 30 illik işğal dövrünün reallıqları diqqətə çatdırılır, ən əsas hazırkı dönəmdə regionda və dünyada cərəyan edən proseslərə diqqət yönəldilir.  

Görüşdə dövlət başçısı qeyd edib ki, 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilib, tarixi, dini abidələrimiz dağıdılıb. Dövlət başçısı bu görüşdə də diqqəti bu kimi erməni vəhşiliklərinə yönəldərək qeyd edib ki, təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Bu illər ərzində ermənilərin törətdikləri təxribatları, faciələri  «nədənsə»  dünya görmür. Nədənsə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar həqiqəti görür, amma maraqları  naminə susur, işğalçı Ermənistanın bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində qalmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər.
Bu gün dünya gücləri bizim Zəfərimizin yaratdığı reallıqları qəbul edirlər. Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi, tarixi torpaqlarımıza qovuşduq və bu gün bütün azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri geniş vüsət alıb. Dövlət başçısı İlham Əliyev  azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır.

«Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  hər şey plan üzrə yerinə yetiriləcəkdir. “Yaşıl enerji” prinsipi əsas götürüləcək: «Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik.»

Bir sözlə dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi  gələcəklə bağlı hədəflərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın informasiya cəbhəsində qalibiyyətidir. Bu baxımdan ki, dövlət başçısı ermənilərin təxribatlarını, törətdikləri faciələri, vəhşilikləri əsaslı şəkildə açıqlayır, dünya güclərini erməni faşizminin tamamilə məhv edilməsi üçün birliyə, həmrəyliyə çağırır. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yaratdığı  problemlərdən, etimadsızlıq mühitindən nəticə çıxarmalıdır.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ