Goranboyda qazilər icra başçısını qovdu - TƏFƏRRÜAT
Dünən Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhərində Şəhid ailələri və Qazilərlə görüş keçirilib.
Xaqlxeber.az hurriyyet.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyətinin saytında verilən rəsmi məlumata əsasən, tədbirdə icra başçısı Məhərrəm Quliyev, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Qaz İstismarı İdarəsi, Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, tədbirin gedişi və yekunu ilə bağlı İH-nin saytında hər hansı informasiya qeyd olunmasa da, Hurriyyet.az etibarlı mənbələrdən bu haqda maraqlı məlumat əldə edib. Bildirilir ki, tədbirdə iştirak edən Qarabağ Qaziləri və Şəhid ailələri icra başçısı Məhərrəm Quliyevin çıxışına və yalan məlumatlar verməsinə etiraz ediblər. Bu zaman İcra Hakimiyyətinin əməkdaşları başçını müdafiə etməyə çalışdıqda, salonda ara qarşıb. Nəticədə, Qarabağ Qaziləri icra başçısı M.Quliyevi iclas zalından qovublar.
Xalqxeber.az qalmaqallı iclasın görüntülərini oxucularına təqdim edir:
My Webpage

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?