Vitse-spikerin deputatla mübahisəsinə səbəb olan çıxışı - VİDEO
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclisin iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunarkən vitse-spiker Fəzail İbrahimli ilə deputat Məlahət İbrahimqızı arasında insident yaşanıb.
Belə ki, həmin vaxt Fəzail İbrahimlinin fikirlərinə Məlahət İbrahimqızı sərt reaksiya göstərib, onun ünvanına ağır ifadələr səsləndirmişdi. Lakin Fəzail İbrahimlinin deputat Məlahət İbrahimqızı haqqında hansı fikirlər səsləndirdiyi ictimaiyyətə bəlli olmamışdı.
Həmçinin oxuyun: “Mən bura dünən gəlməmişəm” - Milli Məclisdə qalmaqal
“Qafqazinfo” parlamentin vitse-spikerinin sözügedən çıxışının videosunu əldə edib. Belə ki, on dəqiqəlik çıxışı zamanı Fəzail İbrahimli ölkədəki cahillik, bu cahilliyin yaranma səbəblərindən danışıb.
Eyni zamanda vitse-spiker Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə qarşı yersiz hücumların baş qaldırdığını bildirir və qanuna edilən dəyişikliklərin nədənsə şeyxə qarşı hücum, onun səlahiyyətlərinin əlindən alınması kimi dəyərləndirildiyini təəssüflə qeyd edir. Videoda o, Prezident İlham Əliyevin şeyxə olan etimadından, onu “İstiqlal”, “Heydər Əliyev”, “Şərəf” ordeni ilə təltif etməsindən danışır.
Həmin çıxışın videosunu təqdim edirik:

XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?