Beynəlxalq Banka “e-manat”dan köçürülən pullar niyə yoxa çıxır? - GİLEY
“E-manat” ödəniş terminallarından Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus “iCard” mobil tətbiqinə pul köçürmələri zamanı məbləğin hesaba daxil edilmədiyi bildirilir.
Xalqxeber.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a “iCard” istifadəçiləri məlumat verib.
İstifadəçilər qeyd edirlər ki, “iCard” balansını artırmaq üçün “e-manat” ödəniş terminallarından istifadə edirlər, lakin terminala daxil edilən məbləğ kartın hesabına köçmür.
Bank istifadəçiləri bildirirlər ki, ABB problemin onlardan qaynaqlandığını qəbul edir. Lakin məsələnin ən qısa zamanda öz həllini tapacağını desələr də, nəticə yoxdur. Belə ki, bank istifadəçiləri bildirirlər ki, 2 həftə keçməsinə baxmayaraq hələ də problem aradan qaldırılmayıb.
Məsələ ilə bağlı “e-manat”dan Yeniavaz.com-a bildirildi ki, problem qarşı tərəfdən qaynaqlanır:
“Pulun hesaba oturması “e-manat” yox, bank tərəfindən tənzimlənən bir məsələdir. Bu bankın sistemindən asılı olan bir prosesdir. Terminalda ödəniş uğurludur, amma məbləğ müştərinin hesabında yoxdursa, bu qarşı tərəfdən, ikinci şirkətdən qaynaqlanan nasazlıqdır”.
ABB-dən isə Yeniavaz.com-a bildirdilər ki, hazırda məsələ ilə bağlı təkmilləşdirmə işləri aparılır. Bankdan digər suallarımıza ancaq yazılı sorğu əsasında cavab veriləcəyi bildirildi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?