SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Astarada bir ailənin ACINACAQLI DURUMU... - Başçının umrunda da deyil...

Astarada bir ailənin ACINACAQLI DURUMU... - Başçının umrunda da deyil...

Tarix:

23-02-2022, 09:30

/ 287 dəfə oxundu.
Astarada bir ailənin ACINACAQLI DURUMU... - Başçının umrunda da deyil...

Xatırlayırsınızsa bir neçə gün əvvəl "MUM.TV" YouTube kanalımızda Astara rayon Miki kəndində acınacaqlı vəziyyətdə yaşayan bir ailənin yaşamağa məcbur qaldığı evin şəraitinin görüntülərini sizlərə təqdim etmişdik. Eyni zamanda, "DogruXeber.az" informasiya portalında da ətraflı məlumat dərc etmişdik.

Əslində ümid edirdik ki, dövlət büdcəsindən milyonların ayrıldığı Astara rayon İcra Hakimiyyəti bu görüntüləri izlədikdən sonra dərhal, min bir çətinliklə gələcəyin iki əsgərini böyüdən bu ailəyə müəyyən qədər köməklik göstərəcəkdir. Lakin, təəssüflər olsun ki, Astara rayon İcra Hakimiyyəti ümidlərimizi doğrultmadı.

Görüntülərdə gördüyünüz kimi ailənin vəziyyəti nəinki düzəlməyə doğru getməyib, əksinə soyuqdan sağlamlıqlarına da ziyan dəyib. Evin xanımı Hüseynova İlhamə Süleyman qızının da dediyi kimi yaxın gələcəkdə adına "həqiqi hərbi xidmətə çağırış" vərəqəsi gələcək oğulun ayaqları soyuqdan tutulub. Ailənin bildirdiyinə görə rayonda fəaliyyət göstərən dövlət qurumlarından kimsə bugünə qədər onların mövcud durumu ilə ümumiyyətlə maraqlanmayıb.

Əslində, ailənin istəyi mümkünsüz deyil. Ümumiyyətlə, çox çətin də deyil. İlhamə Hüseynova bildirir ki, yaşadığı kəndin sakinləri əlbir olub, onun üçün həyətində daşdan ev tikiblər. Lakin, kənd sakinlərinin maddi imkanı yalnız divarların inşasına yetib. Xanımın istədiyi kömək odur ki, həmin evin dam örtüyü və digər işləri başa çatdırılsın ki, ən azından çadırdan çıxıb, övladlarını yanına alıb, o evdə yaşasın.

Güman edirik, Astara rayon İcra Hakimiyyəti ailənin durumunu nəzərə alacaq və ailənin o qədər ehtiyaclara rəğmən, yeganə istəyi evinin tikintisinin başa çatdırılmasında lazımi köməklik göstərəcəkdir.

Hələlik isə bu bir arzudur...

Mövzuya qayıdacağıq və ailəyə hər hansı bir yardım göstərilərsə, onu da diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

XƏBƏR LENTİ