Müdafiə nazirliyində daha kimlərin QOLARINA QANDAL VURULACAQ? - polkovnik AÇIQLADI
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs edilib.Hazırda istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, bir neçə gün əvvəl də Müdafiə Nazirliyində həyata keçirilən tədbirlər zamanı qeydə alınan maliyyə pozuntuları ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov,“N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev,Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
Xalqxeber.az-ın məlumatına görə, hazırda Azərbaycan ordusunda islahatlar getdiyini deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, ortaya çıxan nöqsanlar araşdırılır:
“Bu cür maliyyə pozuntularının aşkarlanması da həmin islahatların nəticəsidir. Hazırda buna çox ciddi yanaşırlar. Belə əməliyyat tədbirlərinin dairəsi getdikcə genişlənəcək”.
Ş.Ramaldanov vəzifə səlahiyyətlərindən istifadə edib cinayət tərkibli əməllər törədən şəxslərin qanun qarşısında cavab verəcəyini diqqətə çatdırıb:
“Bu da öz növbəsində gələcəkdə belə iyrənc əməllərə əl atmaq istəyən şəxslərə dərs olacaq. Onlar ölkəmizdə qanun pozuntusu törədən hər kəsin gec-tez qanun qarşısında cavab verəcəyini başa düşəcəklər”.
Polkovnik belə islahatların aparılmasının vacibliyini vurğulayıb:
“Müdafiə Nazirliyi kimi müharibədən çıxmış bir hörmətli qurumda belə əməllər törədən bu ünsürlərin olması bizdə təəssüf doğurur”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?