SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Mövlam Şıxəliyev Usubovun adını çəkib, vəkili yalan danışır…” - Zərərçəkənlərdən həbsdəki generala sərt reaksiyalar

“Mövlam Şıxəliyev Usubovun adını çəkib, vəkili yalan danışır…” - Zərərçəkənlərdən həbsdəki generala sərt reaksiyalar

Tarix:

18-02-2022, 13:47

/ 421 dəfə oxundu.
“Mövlam Şıxəliyev Usubovun adını çəkib, vəkili yalan danışır…” - Zərərçəkənlərdən həbsdəki generala sərt reaksiyalar

2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyev aylardır davam edən açıq məhkəmə prosesinə jurnalistlərin buraxılmasının qarşısını alır. Zərərçəkənlər bunu hakim Elbəy Allahverdiyevin vaxtilə Mövlam Şıxəliyevin rəhbərliyi altında çalışması, o zamandan yaxın münasibətlərinin olması ilə izah edirlər. Deyirlər ki, Elbəy Allahverdiyev jurnalistləri məhkəmə binasına Mövlam Şıxəliyevin göstərişi, xahişi ilə buraxmaqdan imtina edir. Zərərçəkənlərin, onların vəkillərinin açıq məhkəmə prosesinə jurnalistlərin buraxılması ilə bağlı israrlı tələb və vəsatətlərinə də hakim reaksiya verməyə tələsmir. Bundan başqa, hakim qanun prosesin audio və video yazılışla aparılması tələbinə də məhəl qoymur.

Bununla belə, hakim də, Mövlam Şıxəliyev də məhkəmə prosesində baş verənlərin mətbuatda işıqlandırılmasının qarşısını ala bilmirlər.

Hakim Elbəy Allahverdiyev məhkəmə iclasında jurnalistlərin iştirakına, audi-video cəkilişə qətiyyətlə icazə vermir. Sözdə açıq elan edilən məhkəmə islası faktiki olaraq qapalı keçirilir.

Sonuncu məhkəmə prosesində baş prokurorun sabiq 1-ci müavini Rüstəm Usubovun adının hallanması tərəflər arasında qarşılıqlı ittihamlara meydan açıb.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov zərərçəkənləri yalan danışmaqda itiham edirək prosesdə Rüstəm Usubovun adının hallanmadığını deyib. Vəkilin bu açıqlaması iş üzrə 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi varislərinin əksəriyyəti tərəfindən qəzəblə qarşılanıb. Onlar Mövlam Şıxəliyevin və onun sözünü deyən vəkilini yalan danışmaqda ittiham ediblər.

Zərərçəkən Əfsəl Həsənəliyev deyib ki, bu günə qədər keçirilən 14-ə yaxın məhkəmə proseslərində Mövlam Şıxəliyev dəfələrlə məsuliyyəti üzərində atıb, Rüstəm Usubovu ünvan göstərib:

“Mövlam Şıxəliyev məhkəmədə dəfələrlə deyib ki, mən kiməm ki, həbslərə təqdimatı Rüstəm Usubov imzalayıb. Demək istəyir ki, biz vətəndaşın həbsi üçün vəsatət verirdik, qanunsuz idisə, Rüstəm Usubov niyə təqdimat yazıb imzalayırdı? Rüstəm Usubov həmin təqdimatı məhkəməyə göndərməsəydi, vətəndaşı da həbs etməzdilər demək istəyir. Onun vəkili vasitəsi ilə Rüstəm Usubovun adını çəkmədiyini iddia etməsi cinayət əlaqəsindən xəbər verir. Belə görünür ki, Rüstəm Usubov Mövlam Şıxəliyevlə əlaqə saxlamaq imkanına malikdir. Ondan cinayətlərin ört-basdır edilməsini tələb edir. O da vəkili vasitəsi ilə yalan məlumatları ortaya çıxarır, məhkəmədə baş verənləri yalana çıxarmağa çalışır”.

Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə zərərçəkən Əfsəl Həsənəliyev deyir ki, məhkəmənin ilk günündən prosesin audio-video yazılışının təmin edilməsi üçün vəsatət verib:

“Mən də, digər zərərçəkənlər də bu vəsatətin təmin edilməsini tələb edirik. Hakim Elbəy Allahverdiyev isə müəllim deyə xitab etdiyi Mövlam Şıxəliyevin “zakaz”ı ilə vəsatəti təmin etməkdən yayınır. Bilirlər ki, ifşa olunacaqlar, ona görə də audio-video yazılışla bağlı vəsatəti təmin etmək istəmirlər. Bu, prezidentin məhkəmə proseslərinin onlayn rejimdə keçirilməsi, audio-video yazılışın təmin edilməsi ilə bağlı fərmanına zidd addımdır. Elbəy Allahverdiyev bircə o qalıb ki, Mövlam Şıxəliyevə prosesdə limonlu çay gətizdirsin. Rüstəm Usubovun adını biz zərərçəkənlər də dəfələrlə çəkib onun prosesdə dindirilməsini tələb etmişik. Amma bizdən əvvəl onun adını Mövlam Şıxəliyev çəkib”.

Zərərçəkən Zaur Əliyev isə deyib ki, Mövlam Şıxəliyevin Rüstəm Usubovla bağlı əndişələnməsinin səbəbini bilir:

“Bu gün Mövlam Şıxəliyev mütəşəkkil cinayətkar quldur dəstənin başçısı olaraq mühakimə olunur. Çox gözəl bilir ki, bu ittihamla barəsində ağır cəza təyin olunacaq. Amma bu iş üzrə çıxarılacaq hökm onun üçün sonuncu olmayacaq. Çünki, bu cinayətləri o, təkbaşına törətməyib. Məhkəmədə də etiraf etdiyi kimi, öz məsuliyyətini azaltmaq üçün dediyi kimi Rüstəm Usubov ona bu cinayətlərin baş tutmasında çox ciddi şəkildə kömək edib. Bu kömək nədən ibarət olub? Heç bir günahı olmayan bizlərin barəsində Mövlam Şıxəliyevin tapşırığına əsasən yazılan vəsatətləri tam qanunsuz olaraq Rüstəm Usubov təqdimata çevirib, imza atıb və məhkəmələrə göndərib. Məhkəmə təqdimata əsasən həbsə dair sanksiya çıxarmayanda işə yenə də Mövlam Şıxəliyev qarışıb. Eldar Mahmudova çıxıblar və məhkəmələrə təzyiq etməklə günahsız insanların həbsinə nail olublar. Mövlam Şıxəliyev məhkəmədə dəfələrlə Rüstəm Usubovun adını çəkib, yaxasını kənara çəkərək xüsusən bildirib ki, o ümumiyətlə MTN-in İstintaq Baş İdarəsinə vəzifəli şəxs kimi rəhbərlik edib. Qanunla nəzərdə tutulan prossesual şəxs olmayıb, rəhbərlik etdiyi İdarədə cinayət işlərinin gedişatına qəti müdaxilə etməyib, kimin həbs olunmasını, kimin isə azad olunmasına dair tapşırıqlar verməyib, bunların hamısını Rüstəm Usubov birbaşa həyata kecirib, cinayət işləri ona məruzə edilib, onun göstərişləri əsasında, məhkəməyə verdiyi təqdimatlar əsasında həbslər geçəkləşdirilib. Butun bu proseslərə Rüstəm Usubov rəhbərlik edib və onun xəbəri olub. İndi isə Mövlam Şıxəliyev məhkəmədə dediklərinin arxaısndan qaçmağa uğursuz bir cəhd edir. Enində-sonunda Mövlam Şıxəliyevin cinayət ortağı Rüstəm Usubov da onunla bərabər bizlərə qarşı törədilən cinayətlərə qarşı cavab verməli olacaqlar”.

Zərərçəkən deyir ki, iş üzrə təqsirləndirilən Sahib Ələkbərov özünün sərbəst ifadəsində Mövlam Şıxəliyevin yaxasını kənara çəkməyə hesablanmış fikirlərini darmadağın edib:

“Sahib Ələkbərov sərbəst ifadəsində konkret faktlara istinad edib. Deyib ki, ailəsi ilə birgə Bilgəh qəsəbəsində istirahətdə olarkən, axşam 8-9 radələrində Mövlam Şıxəliyev onunla əlaqə saxlayıb. Tapşırıb ki, Sahib Ələkbərov özünün qərarı əsasında həbsə aldığı 4 şəxsi təcili azadlığa buraxmalıdır. Sahib Ələkbərovun sözlərinə görə Mövlam Şıxəliyev onunla telefon danışığı zamanı belə bir tapşırığın baş prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən verildiyini deyib. O da tapşırığı alandan sonra təcili işə gedib və qərarı dəyişərək həmin 4 təqsirləndirilən şəxsi azad edib.

Sahib Ələkbərov açıq-aydın dedi ki, tərəfindən istintaq olunan cinayət işləri üzrə Mövlam Şıxəliyevdən şifahi göstərişlər alıb. O dedi ki, cinayət işlərinin başlanması, xitam edilməsi, qəti imkan tədbirinin həbslə əlaqəli olub-olmaması, istintaqa cəlb olunan şəxsin barəsindəki qəti-imkan tədbirinin dəyişdirilməsi, azad edilməsi, tövsif məsələləri Mövlam Şıxəliyevin göstərişləri ilə həyata keçirilib. Mövlam Şıxəliyevin özünün işçisi onun dediyini məhkəmədə təkzib etdi. Mövlam Şıxəliyev elə bilir ki, yalan danışmaqla vəziyyətdən çıxa biləcək, ona görə də adət etdiyi yalana üz tutur. Unudur ki, artıq həbsdədir, onun uydurmalarına kimsə inanmır”.

Zərərçəkən Namil Rzayev də Mövlam Şıxəliyevin yalan danışdığını deyir:

“Yalanlarla, uydurmalarla cinayət işləri başlayıb istintaq edirdilər. Yalan və uydurmalarını cinayət işlərinə yazıb bizləri istintaqa cəlb edirdilər. İndi də həmin yalan və uydurmalarla Rüstəm Usubovun adını çəkmədiklərini deyirlər. Mövlam Şıxəliyev hər fürsətdə günahını Rüstəm Usubovun üstünə atır. Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi olduğu vaxt baş prokurorun 1-ci müavini kim olub? Deyir ki, təqdimatları mən imzalamadım. Kim imzalayıb sualı yaranır və cavabı da ortadadır: Rüstəm Usubov. Bu adamlar dövlətin gücündən istifadə edib özlərinə varidat yığıblar. İndi də toyuq hinində yaxalanan tülkü kimi özlərini ölülüyə vurub yalanlar uydurmaqla vəziyyətdən çıxmağa çalışırlar”.
Musavat.com

Şərhlər

XƏBƏR LENTİ