Anar Rzayevin “ədalət tərəzisi": Öz şirkətinə 12 ölkəyə yükdaşıma icazəsi verib (FOTOFAKT)
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, hadisə ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə töhmət verilib, xidmətin şöbə müdiri Malik Əliyev isə işdən çıxarılıb. Lakin DANX məlumatı təkzib edib.
Daha sonra Anar Rzayev televiziyaya verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz” deməklə xəbərin əsassız olduğunu bildirib.
Qaynarinfo Anar Rzayevin "ədalət tərəzisi"ni yoxlamaq üçün araşdırma aparıb.
Öncədən qeyd edək ki, Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Val Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir.
Araşdırmalardan bəlli olur ki, Anar Rzayevin "ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Вal Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.
Qeyd edək ki, Anar Rzayevin sözlərinə görə, 10 yanvar 2022-ci il tarixindən etibarən "R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdirilib. Milli daşıyıcılar şirkətləri arasında qardaşının da şirkətinin olduğunu nəzərə alsaq, fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?