SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovdan “Mərcan” broyler alındı

Ziya Məmmədovdan “Mərcan” broyler alındı

Tarix:

23-05-2017, 20:09

/ 78 474 dəfə oxundu.
Ziya Məmmədovdan “Mərcan” broyler alındı

“Qarant Aqro”nu da keçmiş nəqliyyat naziri Ziya Məmmədovun əlindən aldılar
Rüfət Məmmədzadə “Qarant Aqro” MMC-nin baş direktoru vəzifəsini tərk edib.
Bu xəbəri yayan virtualaz.org bildirir ki, şirkət Azərbaycanda ən iri quş əti istehsalçılarındandır.
Artıq müəssisədə kütləvi istefalar yaşanmaqdadır. Bu dəyişikliklərin nə ilə bağlı olması və respublikanın ərzaq bazarına necə təsir edəcəyi hələlik məlum deyil.
“Qarant Aqro” şirkəti “Mərcan” brendi altında toyuq əti istehsalçısıdır və ölkənin ərzaq bazarında kifayət qədər əhəmiyyətli mövqeyə malikdir.
“Qarant Aqro” MMC keçmiş nəqliyyat naziri Ziya Məmədova aidiyyatı olan “Qarant Holdinq” şirkətlər qrupuna daxildir.
Anar Məmmədovun himayəsi ilə “Mərcan broyler” toyuqları satışa buraxılıb. İl ərzində müəssisə 17 min ton məhsul istehsaletmə gücünə malikdir.
Kəsmə qüvvəsi isə saatda 6 min başdır. İndi bu müəssisənin A.Məmmədovdan alınacağı prosesinə hazırlıq gedir.
Zavodun fəaliyyətini dayandırması gözlənilmir. Ölkədə aqrar sektorun, quşçuluq təsərrüfatının inkişafı prezidentin maraq dairəsindədir.
Burada yüzlərlə işçi əmək haqqı alır və “Mərcan broyler” bazara daxil ola bilib. Ona görə də Məmmədovların çökdürülməsi prosesində “Ucar Aqro” MMC-nin əl dəyişməsi və sabiq nazirin oğlundan alınması istisna edilmir.
Məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir. Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var.
Anar Məmmədovun “Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir. Habelə, broyler fabrikinə də baş çəkməyib. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.
Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour” , “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir.

Şərhlər

XƏBƏR LENTİ