Qənirə Paşayevadan Ramiz Mehdiyevə:“Buna görə üzr istəməlisən”
"Nəhayət! Gözlənilən, arzulanan xəbər yayıldı: Ramiz Mehdiyev istefa verdi! Özünəxas ənənələri olam elm ocağımız rahat nəfəs ala biləcək”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva özünün feysbuk hesabında yazıb.
"Akademiyanın elm ocaqlığından intiriqa yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdi Ramiz Mehdiyev.
Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, sünii əngəllər yaradan Mehdiyev, akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki? Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev, artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir, hansı münasibətlə üzləşirsə, günahkar arayışına çıxmamalı, günahı özündə axtarmalıdır, məhz özündə!
Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan…”, – deyə Qənirə Paşayeva bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Mənbə: sfera.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?