Əli Həsənovun oğlunun ABŞ-dakı erməni iş ortaqları kimdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur.
Məlumat üçün bildirək ki, “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də var.
“Marcus and Millichap”də yüksək vəzifələrdə çalışan ermənilərdən biri Simon Qriqoryandır. Simon Qriqoryan özünün “LinkedIn” sosial şəbəkə hesabında yazır ki, o 2010-cu ildən Şamxal Həsənlinin də yaşadığı Florida ştatında yerləşən erməni kilsəsinə yardımlar edir. Qriqoryan yazır ki, erməni kilsəsinin bərpasına kömək edib və hazırda ayda bir dəfə könüllü kimi kilsənin işlərində yaxından iştirak edir.
Şamxal Həsənlinin iş ortaqlarında olan başqa bir erməni – Stefan Çraqçyan daha əvvəl ABŞ-da erməni diasporasının mərkəzi olan Qlendeyl şəhərində çalışıb. Stefan Çraqçyan da erməni diasporasının aktiv fəallarından hesab olunur. Çraqçyan özünün “LinkedIn” sosial şəbəkə hesabında “profil şəkili” kimi Qlendeyldə yerləşən Brand kitabxanasının fotosunu yerləşdirib. Bu kitabxana erməni diasporunun əsas təbliğat mərkəzlərindən hesab olunur. Erməni diasporu hər il aprel ayında bu tarixi kitabxanada qondarma erməni soyqırımının anım gününü qeyd edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?