“Müdafiə Nazirliyində daha yüksək rütbəlilərin də həbsi ehtimal edilir” - İLGİNC AÇIQLAMA
“Müdafiə Nazirliyindəki həbslər, əslində, gözlənilən idi. Çünki yoxlamalar keçən ilin mart ayından başlamışdı. Bunu, yoxlamaların bir məntiqi nəticəsi kimi də dəyərləndirmək olar”.
Xalqxeber.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev deyib. O, DTX tərəfindən Müdafiə Nazirliyində keçirilən əməliyyat barəsində fikirlərini səsləndirib:
“Hesab edirəm ki, maliyyə pozuntularına yol verən şəxslər, heç də həmin qurumlarda yüksək vəzifəli şəxslər deyil. Odur ki, burada başqa şəxslərin və daha yüksək rütbəlilərin də həbsi barədə məlumatların ola biləcəyi ehtimalını daha da gücləndirir.
Bu kadr siyasətində də müəyyən narazılıqlar mövcuddur. Ordu sıralarına aid olmayan insanları digər qurumlarda rəhbər vəzifələrə yerləşdirmək, orduda xidmət edən veteran zabitlərin də ciddi narazılıqlarına səbəb olmuşdur. Hesab edirəm ki, DTX bu məsələləri kompleks bir şəkildə araşdıracaq və əvvəlki illərədən fərqli olaraq bu dəfə biz bu yoxlamaların məntiqi nəticəsini görə biləcəyik”, - deyə mütəxəssis yekunlaşdırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?