SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Neftçalada Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ

Neftçalada Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ

Tarix:

12-02-2022, 12:12

/ 448 dəfə oxundu.
Neftçalada Prezident gələcək deyə xarabalığa çevrilmiş məktəbin ön tərəfini təmir edirlər - FOTOREPORTAJ



Neftçalada qədim məktəblər uçub-tökülür.
Neftçala rayonunun “Bankə” qəsəbəsində Ə. Cəfərov adına 1 saylı tam orta məktəbin və Səməd Vurğun adına 2 saylı tam orta məktəbin binaları uçub-tökülür.

Belediyye.net yazır biləsiniz, 600-700 şagirdin təhsil aldığı bu məktəblər Azərbaycanın ən qədim məktəblərindəndir. Sözün əsl mənasında xarabalığı xatırladan məktəblərin hər ikisi eyni ərazidə yerləşir.

SSRİ dövründə iki məktəbin qarşısında(həyətində) 200 nəfər şagirdin təhsil aldığı yeni korpus da tikilib. Sonradan tikilən korpusda rus bölməsində təhsil alan şagirdlər oxuyur.

Göz dağına çevrilən 1 və 2 saylı məktəblər isə nə təmir olunur, nə də sökülüb yerində yenisi tikilir.

Hansıki, bu məktəblərdə generalllar, rəssamlar, əməkdar müəllimlər yetişib.

Azərbaycanda ilk balıq vətəgələri, ilk apteklər “Bankə” qəsəbəsində salınıb. Keçmişi ilə müqayisə etdikdə daha da müasirləşmək, inkişaf etmək imkanı varkən əvəzinə geriyə getdiyi müşahidə olunur.

Haşiyə: Yerli sakinlərin məlumatına görə bu yaxınlarda Neftçalada yeni bir balıq vətəgəsinin açılışı olacaq. Ölkə prezidenti də, “Bankə” qəsəbəsindən keçib həmin əraziyə gedəcək deyə Bankədə yolboyu ərazilərin hasarları suvanır, evlərin dam örtükləri dəyişdirilir, bir sözlə “Üstü bəzək, altı təzək” Neftçala bu səbəbdən “bəzənir”.

600-700 şagirdin Azərbaycan bölməsində təhsil aldığı məktəb uçub-tökülsə də, arxada qalır deyə təmir olunmur. Onların önündə olan, qismən yaxşı vəziyyətdə 200 nəfərlik rus bölməsinin şagirdləri təhsil alan məktəb göz önündədir deyə təmir edilir.

Bütün ölkəboyu aparılan “Üstü bəzək, altı təzək” prosesindən Neftçala sakinləri də nəsibini alır deyə narahatdırlar.

Çarəsizlikdən Belediyye.netə üz tutan sakinlər iyirmi birinci əsrdə övladlarının bundan sonra da “xarabalıqda” təhsillərini davam etdirəcəklərinin qəbuledilməz olduğunu deyirlər.

Saytımıza yazaraq ictimailəşdirməyimizi istəyir, bəlkə belə mühim problemin bu yolla həllini tapacağına ümid etdiklərini bildirirlər.

Qeyd edək ki, Bankə Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Balıq sənayesinin inkişafı ilə əlaqədar 1842-ci ildə salınıb.

Neftçalanın ən məşhur bu qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və balıq sənaye mərkəzidir. 1935-ci ildən şəhər tipli qəsəbədir:

I Mayak, Yenikənd, Qırmızı Şəfəq, Sübh yaşayış məntəqələri, Nord-Ost Qoltuq kəndi, II Mayak yaşayış məntəqəsi daxildir. Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan Boji Promısel-in yaranması olub. Toponimi burada yerləşən banka zavodundan əmələ gəldiyini söyləyənlər yanılırlar. Çünki bankə suyun içərisində yüksək yer deməkdir. Eyni zamanda dənizin nisbətən dayaz yerlərinə də bankə deyirlər. Bu cür yerlər dənizdə gəmiçilik üçün çox təhlükəlidir.

Vaxtilə qəsəbənin yerləşdiyi ərazi tamamilə su ilə əhatəli olub. Sonra dəniz tədricən geri çəkilməyə başlayıb. Su aşağıya endikcə torpaq sahə üzdə qalıb.
Bankə Neftçalanın içində adaya bənzəyir.

Belediyye.net




Şərhlər

XƏBƏR LENTİ