Ramiz Mehdiyevin həyat yoldaşı 3 ayda 326 min borc ödəyib – FOTOFAKT
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, son 3 ay ərzində “Fireland Vineyards” MMC-nin vergi borcunun təxminən 1/3-də bir dövlət büdcəsinə ödənilib.
Belə ki, ötən ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu olub. Bugünə olan məlumata görə “Fireland Vineyards” MMC-nin vergi borcu 125 min 601 manat 9 qəpik təşkil edir.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl “Fireland Vineyards” MMC-nin təsisçilərindən olan Mehdiyeva Qalina Yuriyevna ilə MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi olub.
Onu da qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub.
“Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib. XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"