Əmrullayevin boş buraxdığı məktəblər... - İDDİA
Məhəmmədli kənd orta məktəbinin direktoru Könül Hüseynova məktəbdə baş verən intihar faktını ört-basdır etməyə çalışır.
Xalqxeber.az xəbərr verir ki, bu barədə KanalS.az-ın redaksiyasına müraciət daxil olub.
Məlumatda bildirilir ki, məktəbdə baş verən özbaşınalıqların həddi-hüdudu yoxdur. Müəllim dərsi ola-ola işə gəlmədiyindən şagirdlər sinifdə nəzarətsiz qalır. Ötən ilin dekabr ayının 24-ü nəzarətsiz qalan növbəti sinifdə hadisə baş verir. Belə ki, məktəbin 9d sinif şagirdi Quliyev Allahverdi özünü məktəb binasının pəncərəsindən ataraq intihara cəhd edir. Şagirdi Sabunçu xəstəxanasına çatdırırlar. Nəticədə şagirdin yuxarı ətraf sınığı (qolu sınıb), kəllə beyin travması alması həkimlər tərəfindən müəyyən olunub. Nəzarətsiz qalan şagirdin başına gələn hadisə ilə bağlı aidiyyatı olan polis bölməsinə məlumat verilib.
Bundan sonra Könül Hüseynovanın Bakı Şəhər Baş Polis İdarəsində çalışan həyat yoldaşı Hüseynov Mirilkin Mirqədir oğlu öz vəzifə səlahiyyətlərindən istifadə edərək dərsinə gəlməyən müəlliməni və həyat yoldaşı olan direktoru vəziyyətdən qurtarmaq üçün işi ört-basdır edib. Dərsə gəlməyən müəllimənin dindirilməsi məsuliyyətindən azad olunmasına nail olublar, valideyni susdurublar. Direktor da öz növbəsində heç bir aidiyyatı orqana məlumat verməyib.
Baş verən hadisənin doğruluğunu Sabunçu xəstəxanasına və Daxili İşlər Nazirliyinə sorğu göndərməklə təsdiqləmək mümkündür.
Könül xanım məktəbdə əməlli başlı anarxiya açıb. Məktəbin bütün müəllimləri dərs saatlarını pul ödəmədən ala bilmirlər. Rüşvət yuvasına çevirdiyi məktəbdə Azərbaycan təhsilinə ciddi zərər vurur.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq… XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"