SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakıda qanunsuz parklamaların gizli sahibi tapıldı - Milyonlar bu şəxsin cibinə axıb - SƏNƏD

Bakıda qanunsuz parklamaların gizli sahibi tapıldı - Milyonlar bu şəxsin cibinə axıb - SƏNƏD

Tarix:

11-02-2022, 10:25

/ 336 dəfə oxundu.
Bakıda qanunsuz parklamaların gizli sahibi tapıldı - Milyonlar bu şəxsin cibinə axıb - SƏNƏD

Uzun müddətdir, Bakıda qanunsuz fəaliyyət göstərən parkinqlərin kimə məxsus olması bəlli olub.

Bakupost.az xəbər verir ki, qanunsuz parklama ilə bağlı paytaxtda keçirilən reydlərdən sonra “parkovşiklərin” rəsmi işə qəbulu başlayıb və bu zaman həmin şəxsin kimliyi üzə çıxıb.

Dövlətin bu sahəyə nəzarətindən, cəza tədbirlərinə başlamasından sonra parklamaya nəzarət edənlər "Çinar Avtoparkinq" adlı MMC tərəfindən işə götürülür.

"Çinar Avtoparkinq" MMC-nin (VÖEN 1306356451) hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5-dir. 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınan "Çinar Avtoparkinq" MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir. Bağlanan əmək müqavilələrindən görünür ki, bu MMC-nin rəhbəri Qocayev Nizami Mehralı oğludur. Nizami Qocayev hər kəsə tanış addır.


O, vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub və bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. 2016-cı ilə kimi İsmayıllının polis rəisi olub. Ondan sonra isə Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Əslində, Bakıdakı parklama yerlərinin Nizami Qocayevə məxsus olmasıyla bağlı informasiya həmişə olub. Lakin bu, heç vaxt rəsmi sənədlə təsdiqlənməyib.

Təqdim etdiyimiz sənəddə isə hər şey açıq şəkildə görünür.

Qeyd edək ki, həmişə narazılıq doğuran parklama məsələsinə rəsmi olaraq Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edib.
Bakı Nəqliyyat Agentliyi (BNA) yarandıqdan sonra isə bu quruma həvalə edilmişdi. Amma illərdir, bu sahədə olan xaosu aradan qaldırmaq mümkün olmayıb. BNA dəfələrlə bəyan edib ki, Bakıda qanunsuz parkinq xidmətləri göstərilir, milyonlarla gəlir əldə edilir, amma aidiyyəti dövlət qurumları buna qarşı heç bir tədbir görmürlər.

Son günlər isə bu sahədə ciddi tədbirlərə başlanılıb.

Bakupost.az 

Şərhlər

XƏBƏR LENTİ