Məmur köüçürülməli olan pulu öz KARTINA ÖTÜRDÜ - İDDİA
Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Daşqın Əvəz oğlu Hacıyevlə Həmkarlar İttifaqı arasında ciddi konflikt hökm sürür.
Xalqxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Hurriyyet.az-ın əldə etdiyi informasiyaya görə, tərəflər bir-birindən hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara şikayət ünvanlayıblar.
Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Həmkarlar İttifaqı arasında yaşanan mübahisənin səbəblərindən danışan məlumatlı şəxsin sözlərinə görə, Daşqın Hacıyev Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib: "Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir il ərzində Həmkarlar İttifaqına 3000 manatdan bir qədər artıq vəsait köçürməli imiş. Lakin Daşqın Hacıyev özünə şəxsi kart hesabı açaraq, ordan vergini tutub həmin məbləği öz hesabına köçürüb". İndi isə işin üstü açılıb və məlum olub ki, Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Həmkarlar İttifaqının pulunu mənimsəyib. Bu səbəbdən də hazırda tərəflər arasında ciddi münaqişə yaşanmaqdadır.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu