MM-də bu nazirliklərin rəhbərlikləri səviyyəsində dinləmələr keçiriləcək – Deputatdan açıqlama
"Yaz sessiyasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində Səhiyyə və Daxili İşlər Nazirliklərinin rəhhbərliyi səviyyəsində dinləmələr keçiriləcək”.
Bunu AzadMedia.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.
Deputat dinləmələrdə tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı müzakirələrin aparılacağını deyib:
"Azərbaycan Respublikasının qanunvericiliyində "tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair” müvafiq qanun ötən il qəbul olunub. Burada qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərə tütün satışı və onlardan istifadə qadağandır. Təəssüf ki, paytaxtda bəzi mağazalarda satıcılar bu qanundan xəbərsizdirlər, yaxud da qanuna bilərəkdən əməl etmirlər. Bölgələrdə isə vəziyyət fərqlidir, yəni hər kəs bir-birini tanıyır deyə, belə problemlər yaşanmır. Satıcı tütün məmulatı satdığı şəxsdən şəxsiyyət vəsiqəsi tələb etməlidir. Qanunun pozulmasına görə məsuliyyət var. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub ki, bu qanunun pozulmasına görə, satıcı 100 manat məbləğində cərimə olunur”.
Deputat parlamentin yaz sessiyasında mövcud problemlərin qabardılacağını vurğulayıb:
"Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində bu istiqamətdə müvafiq dinləmələrin keçirilməsi haqqında qərar qəbul olunub. Cavabdeh qurumlar kimi Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin rəhhbərliyi səviyyəsində dinləmələr həyata keçiriləcək. Bu məsələ çox ciddidir və geniş bir arealı əhatə etməkdədir. Gələcək genefondun məhv olmasına yol vermək olmaz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu