“Hər ay müəllimlərdən 15-20 manat məbləğində pul yığılır” - Təhsil işçisindən NARAZILIQ
Ucar rayonu Qarabörk kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət ərizəsi daxil olub.
Xalqxeber.az bizimyol.info-ya istinadla xəbər verir ki, məktub, Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən Əliyev Allahverdi Tarif oğlu tərəfindən göndərilib. Məktubda məktəbin direktoru olan Aysel Həmidovaya qarşı rüşvət, məktəbi biznes sahəsinə çevirməsi, vəzifəsindən sui-istifadə edərək, iş rejimini, qaydalarını, əmək normalarını pozması və s. kimi ittihamlar irəli sürülür.
“Hər ay “Fond pulu” adı ilə müəllimlərdən 15-20 manat məbləğində pul yığılır ki, bu da bir ayda 1200 manat pul edir. Adını da belə qoyub ki, fonda yığılan puldan məktəbin xərcləri ödəniləcək. Ancaq bu 1 il 6 ay ərzində Fonda yığılan puldan cəmi bir ədəd 200 manat qiymətində olan hidrofon aparatı alınıb, onun da 125 manatı fonddan ödənilib, 75 manat mağazaya borclu qalıb.
Mən mətbuat vasitəsilə Təhsil Naziri cənab Emin Əmrullayevdən və hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Ucar rayonu Qarabörk kənd tam orta məktəbdə direktor işləyən Aysel Həmidovanın korrupsiya əməlləri tam hərtərəfli və obyektiv araşdırlısın, barəsində ciddi tədbirlər görülsün”,- deyə məktubda qeyd olunub.
Məsələ ilə bağlı Ucar rayon Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüflər olsun ki, sorğumuza cavab verən tapılmadı.
Qeyd edək ki, məsələyə rəsmi münasibət almaq üçün Təhsil Nazirliyinə də sorğu göndərilib. Ümidvarıq ki, yaxın günlərdə şikayətçinin məktubuna baxılacaq və cavab veriləcək. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu