İstanbulda fəlakət yaşanarkən İmamoğlu harada olub? ŞOK FOTOLAR yayıldı
İstanbulda qar səbəbilə fəlakətin yaşandığı bir vaxtda bələdiyyə sədri Əkrəm İmamoğlunun restoranda olduğu məlum olub.
Xalqxeber.az yerli mənbələrə istinadən xəbər verir ki, İmamoğlu restoranda britaniyalı diplomatla görüşüb. Qar səbəbilə yollarda uzun tıxacların yarandığı, minlərlə insanın küçələrdə qaldığı bir vaxtda İmamoğlunun restoranda olması böyük narazılıq yaradıb. Əvvəlcə İmamoğluna yaxın dairələr bunu təkzib etsə də, fotolar üzə çıxandan sonra İmamoğlu özü açıqlama yayıb. O yazıb:
“19 saatdır qarla mübarizə işlərinə rəhbərlik etdikdən sonra 1 saatlıq yemək fasiləsini danışmağa başladılar”.
Yerli mənbələr yazır ki, İmamoğlu restoranda 1 saat deyil, daha çox müddətdə qalıb. Üstəlik onu yol boyu qar təmizləyən maşınlar müşayət edib. Yerli sakinlər bələdiyyə sədrini fəlakətə qarşı qabaqlayıcı tədbirlər görməməkdə ittiham edərək, onun istefasını tələb edirlər.
XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...