Vətəndaş əlilliyinin düzgün təyin edilməməsindən narazıdır - FOTOLAR
Vətəndaş onun əlillik təyinatının düzgün aparılmadığını iddia edib.
Xalqxeber.az xəbər verir ki, Oxu.Az-a müraciət edən Mətanət Atakişiyeva bildirib ki, o, xəstə olsa da, əlillik təyinatı düzgün aparılmayıb və vəsaiti kəsilib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tibb müəssisəsi tərəfindən Atakişiyeva Mətanət Qürbət qızı barədə e-sistemə daxil edilən göndərişdəki diaqnozda qeyd edilənlərə (“Seroneqotiv revmatoid artrit, poliartrit kəskinləşmə mərhələsində. Dayaq hərəkət aparatının funksional çatmazlığı 2-3 dərəcə) baxmayaraq, köməkçi diaqnostik müayinənin (rentgen müayinənin) nəticəsi qeyd edilən ağırlaşmanı təsdiq etmir:
“Ona görə də əlillik təyinatı aparmaq mümkün olmayıb. Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən Atakişiyeva Mətanət Qürbət qızının mövcud sağlamlıq vəziyyəti əyani şəkildə daha ətraflı müayinə ediləcək. Müayinənin nəticəsinə əsasən müvafiq qərar veriləcək”.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...