XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Zaur Ramixanov: Şəfa tapan hər bir xəstə həkimin hədiyyəsidir

Zaur Ramixanov: Şəfa tapan hər bir xəstə həkimin hədiyyəsidir

Zaur Ramixanov: Şəfa tapan hər bir xəstə həkimin hədiyyəsidir
15-01-2022, 19:05

Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə işçilərinə ictimai etimadı doğrultmaq üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.

Əhalinin sağlamlığının qorunması dövlətin və cəmiyyətin xüsusi qayğısıdır.Bu sosial məsələnin həyata keçirilməsində, həkimlərin,onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. 
İşinə məsuliyyətlə yanaşan və xəstələrə daim diqqət göstərən həkimlərdən biri də Neyrocərrah Zaur Ramixanovdur. Zaur həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirir. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədilə Zaur həkim,tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarığını daim təkmilləşdirir.
Qərəzsiz olmaq həkimin başlıca meyarıdır. Bu mənada V.Vinnerin “Kəllə” pyesində həkim Koulu tibbdə insanpərvərlik rəmzi kimi qiymətləndirmək olar. Həkim – cərrahın qəddar düşməni, arvadının və yeganə oğlunun qatili qəza nəticəsində ağır vəziyyətdə onun qəbuluna gətirilir.
Həkimin intiqam hissi donur, xəstəni əməliyyat edərək sağaldır. Belə misallar onlarla, yüzlərlədir. Həkimin xidmət etdiyi humanist məqsədlər, sülh və əminamanlıq dövründə olduğu kimi, müharibə dövründə də, ona şəxsi ləyaqətinin qanuni müdafiəsini, professional fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasını tələb etməyə əsas verir. Məşhur bir kəlama görə, bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir. Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Peşələri son dərəcə çətin və vacib olan həkimlərimizə hazırda dünyanı bürüyən pandemiya dövründə daha çox ehtiyac yarandı. Əslində hər zaman ehtiyac vardı, sadəcə bunun fərqində deyildik. Buna görə də qədri bilinməyən bu peşə sahiblərinin koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda dəyəri bilinməyə başladı. Axı onlar dünyanın  mübarizə apardığı bu savaşda ön cəbhənin əsgərləri kimi vuruşurlar. Onlar aylardır öz həyatlarını, vaxtlarını, ailələrini, övladlarını digərlərinin həyatını xilas etmək uğrunda fəda edirlər. Unutmayaq, təkcə indiki günlər üçün gərəkli deyil bizə bu qəhrəmanlar! Bütün ömrünü insanların gözlərinə nur paylamağa həsr etmiş unudulmaz həkim, Ulu Öndərimizin vəfalı ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu şərəfli peşə sahibləri haqqında belə  demişdir:  “Həkimlər insanlara günəş kimi lazımdır!”
Zaur Ramixanov yüzlərlə həyat xilas edib, minlərlə insanda ən qorxunc diaqnozun belə hökm olmadığına əminlik yaradıb, hər uğurlu əməliyyat vasitəsilə danılmaz həqiqəti - "yaşamağa, lakin hər gün başqalarının həyatı üçün mübarizə aparan insan layiqdir" sübut edib.
Əksər hallarda cərrahi əməliyyatın nəticələrini gözləyərək cərrahın özünün fiziki və psixoloji vəziyyətinin nə yerdə olduğu haqda düşünməyən xəstələrin yaxınları və qohumlarından fərqli olaraq bu kiçik qeydlərimizdə biz, şəxsi müşahidə və qısa söhbətlər əsasında həkimin porterini yaratmağa, ilk baxışdan hamar və yalnız yüksəkliyə doğru gedən ömür yoluna nəzər salmağa cəhd edəcəyik. Bir həkim peşəsi seçimi yalnız öyrənmək üçün çox vaxt itirdiyinə görə çətin deyil, gələcək həkimin şəxsiyyətinə qarşı daha çox tələblər qoyur: məsuliyyətli, qətiyyətli, mərhəmətli, mərhəmətli, səbirli olmalıdır; empatik. Əsl həkim təmkinli və insan kədərinə qarşı immunitetli ola bilməz. Bəzən həkimlər planlarını və maraqlarını qurban verərək, sağlamlıqlarına təhlükə olsa da insanlara kömək etməyə getməlidirlər.
Bir həkim peşəsi yalnız müəyyən hərəkətlər, bacarıq və biliklər öyrətməkdən daha çox şeydir. Bu, bir insanın peşəsi, məqsədi və həyatda yeridir.
Zaur Ramixanovun sözlərinə görə, həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstənin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir. Həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də bəzən səmərəsiz olur. Zaur həkim qeyd edir ki, ona müraciət edən şəxsləri müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutur, hər kəsə xüsusi qayğı ilə yanaşır, onlarla səmimi söhbət edir. Elə ünsiyyət yaradıram ki, müraciət edən xəstələr özlərini sərbəst hiss edirlər və narahatlıqlarını mənimlə bölüşürlər. Bir sözlə həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. 
Zaur Ramixanov kimi vicdanlı və peşəsini sevən həkimin olması pasiyentlər üçün çox sevindirici bir haldır. Zaur həkim xəstələrə qarşı çox yaxşı davranır. Onlarla xüsusi maraqlanır. Elə bu səbəbdən də xəstələri Zaur həkimin səmimiyyətindən, onlara söylədiyi xoş söz və mülayim rəftarından rahatlıq tapırlar. Yaşamaq həvəsləri daha da artır. Və bir məqamı da diqqətə çatdırmaq istərdik ki, bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən hər zaman çox sevilir. Zaur həkim də bütün iş prinsiplərinə riayət edərək yorulmadan xəstələrə xüsusi, diqqət və qayğı göstərərək şərəfli peşəsini səmimi qəlbdən yerinə yetirən insandır. Bir sözlə Zaur həkim öz vəzifə borclarını böyük şərəf və ləyaqətlə, ən əsası vicdanla yerinə yetirir. Bütün bunlara görə Zaur həkimə dərin minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsız dəyərli insan, dəyərli həkim.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.