SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezidentin iqamətgahında bir neçə saat... - Video

Prezidentin iqamətgahında bir neçə saat... - Video

Tarix:

13-01-2022, 15:20

/ 446 dəfə oxundu.
Prezidentin iqamətgahında bir neçə saat... - Video

AzTV-də Prezident İlham Əliyevin Zuğulbada yerləşən iqamətgahından reportaj yayımlanıb.

Reportajda bildirilir ki, sözügedən iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olunur. Qarşılanmalar zamanı iqamətgahın qarşısında Azərbaycan bayrağı ilə yanaşı, ali qonağın təmsil olunduğu ölkənin də milli atributu da qoyulur.  

Bundan əlavə, süjetdə ötən gün  bir qrup jurnalistin dövlət başçısı ilə müsahibəsi ilə bağlı fikirlər də yer alıb. Bildirilib ki,12 yanvar 2022-ci il tarixə Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ilə düşəcək. Belə ki, iqamətgaha getməzdən bir gün əvvəl pandemiya ilə bağlı jurnalistlər PCR test və müsahibə gününün ekspres testini veriblər. Eyni zamanda, hərarətin yoxlanılması və digər zəruri tədbirlər də həyata keçirilib.  Çəkiliş prosesində təsvirin keyfiyyətinə təsir göstərə biləcək bütün amillər isə texniki personalın həll etməli olduğu məsələlər sırasında yer alıb.

Şərhlər

XƏBƏR LENTİ