SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BNA konkret büdcəni və insanları soymaqla məşğul olur FOTO

BNA konkret büdcəni və insanları soymaqla məşğul olur FOTO

Tarix:

10-01-2022, 20:43

/ 541 dəfə oxundu.
BNA konkret büdcəni və insanları soymaqla məşğul olur FOTO

"BNA konkret büdcəni və insanları soymaqla məşğul olur. Niyə elə düşünürəm? Əsaslandırım.
Qanunvericilikdə nəzərdə tutulmadığı halda daynama-durma ilə bağlı qayda pozuntusunu müəyyən etmək üçün külli miqdarda vəsait xərcləyib Bakı küçələrinə əlavə kameralar quraşdırıblar. Halbuki bunun üçün DİN-ə məxsus TŞK və MRK-lardan istifadə etmək də olardı. Daha dövlət büdcəsini talamağa gərək qalmazdı. "
Teref.az yazır ki, bunu sosial şəbəkə istifadəçisi Zulfugar Kheyirkhabarov (Xeyirxəbərov) öz səhifəsindı yazır. Daha sonra Zulfugar Kheyirkhabarov yazır:
"Bundan başqa qeyd etdiyim kimi, dayanma durma ilə bağlı qayda pozuntusunu müəyyən etmək üşün kameralardan istifadə qanunsuzdur. Hazırkı qanunvericiliyə görə bu qayda pozuntusu kameralarla müəyyən oluna bilməz.
Çünki zəruri hallar ola bilər ki, bunu Vüsal Kərimovun kameraları ayrıd ed bilməz. Necə ki, noyabr ayında gecə saat 22:00-dan sonra Milli Bankın yaxınlığında, Kapital Bankın qarşısında avtomobildə yaranmış nasazlığa görə, yarım saatdan çox məcburi dayanmışam. səhərisi gün qayda pozuntusu ilə bağlı şəxsi kabinetə bildiriş yerləşdirilib. Şəxsən BNA-nın mətbuat katibi hörmətli Mais Aghayevə məlimat vermişəm ki, hansı səbəbdən orada daynmşam. Üstəlik maşındakı nasazlıqla bağlı usta üçün çəkdiyim görüntünü də atmışam. Həmçinin protokoldan şikayət də etmişəm və videogörüntünü də əlavə etmişəm. BNA-nın kameralarında da göründüyü kimi avtomobili tərk etməmişəm. Avtomobilin orada dayanması da hərəkətə mane olmur.
Amma nə fayda, BNA, nə şikayətə məhəl qoyur, nə qanunları nəzərə alır. Hələ üstəlik dəbbə də hesablanır.
İndi siz deyin, məqsədi dövləti və xalqı talamaqdır, yoxsa nizam intizam yaratmaq? "
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Şərhlər

XƏBƏR LENTİ