SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ŞUŞANI İŞĞALDAN AZAD EDƏN FATEH SƏRKƏRDƏ

ŞUŞANI İŞĞALDAN AZAD EDƏN FATEH SƏRKƏRDƏ

Tarix:

25-12-2021, 22:08

/ 706 dəfə oxundu.
ŞUŞANI İŞĞALDAN AZAD EDƏN FATEH SƏRKƏRDƏ

 
Prezident, Müzəffər Ali Baş Komandan və müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq haqqında bir çox araşdırmalar aparılacaq, kitablar yazılacaqdır. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir.
Hakimiyyətdə olduğu 18 il ərzində güclü iqtisadiyyat və bu iqtisadi tərəqqi üzərində qüdrətli ordu yaradılmasına nail olan Prezident İlham Əliyev Vətən müharibəsinində Azərbaycan ordusunun Şanlı Qələbəsinin memarı oldu və Qarabağın mirvarisi olan Şuşa şəhəri azad ediləndən sonra Ermənistan kapitulyasiya etdi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərin bərpasına başlandı və hazırda bu işlər çox böyük sürətlə davam edir. Postmüharıbə dövründə  dəfələrlə azad edilən ərazilərə səfərlər edən Prezident İlham Əliyev bir neçə dəfə Şuşada da olmuşdur. Bu il dekabr ayının 24-də - özünün 60 illik yubileyini Qalib Prezident, Müzəffər Ali Baş Komandan olaraq ailəsi üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak etmiş və bu hərbi hissənin açılması ilə həm düşmənə, həm də onların havadarlarına növbəti mesajını göndərmişdir. Hadrut kimi strateji yerdə Komando hərbi hissəsinin açılması bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəkləri deməkdir.
42 yaşında dünyanın ən mürəkkəb geosiyasi regionunda və hələ bir çox meqalayihələrin işə düşmədiyi, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilərək bütün məsuliyyəti öz üzərinə götürən İlham Əliyev 18 il ərzində böyük nailiyyətlərə imza atmışdır. Ölkənin infişaf və tərəqqisinə nail olmuş və ən başlıcası 30 ilə yaxın müddətdə hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyi arzunu reallaşdıraraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişdir.  
Prezident İlham Əliyev artıq neçə illərdir ki, öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirib.
Yubileyin mübarək, əziz Prezident. Biz səninlə fəxr edirik.
 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı

Şərhlər

XƏBƏR LENTİ