SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident, Ali Baş Komandan ordumuzu daim diqqət və qayğı ilə əhatə edib

Prezident, Ali Baş Komandan ordumuzu daim diqqət və qayğı ilə əhatə edib

Tarix:

25-12-2021, 22:06

/ 653 dəfə oxundu.
Prezident, Ali Baş Komandan ordumuzu daim diqqət və qayğı ilə əhatə edib

 
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak ediblər. Hərbi hissənin açlışı zamanı çıxış edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir şox münüm məsələlərə toxunaraq, mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Komando hərbi hissəsinin   Hadrutda açılmasının böyük əhəmiyyəti vardır. Çünki bu hərbi hissə içğaldan azad olunmuş ərazidə - vaxtı ilə Dağlıq Qarabağ Muxtar Vilayyətinə aid olan Xocavənd rayonunun ərazisindədir. İndi Hadrutda belə bir hərbi hissənin açılması həm düşmənə, həm də onların havadarlarına bir mesajdır. Belə coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəklər. Belə bir hərbi hissənin açılması göstərir ki, Azərbaycan Ordusu Türkiyə  Ordusu təcrübəsindən istifadə edərək ordumuzun təkmilləşdirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Hadrutda yeni hərbi hissənin açılmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda  qazanılmış tarixi Zəfərdən sonra ordu quruculuğu prosesi dayandırılmadı əksinə müharibə təcrübəsindən istifadə edərək  bu sahəyə diqqət daha da artırılmış və  ordumuzda təkmilləşdirmə  prosesi davam edir.
Ordu qurulucuğu istiqamətində aparılan işlər  arasında yeni hərbi hissələrin yaradılmasının xüsusi yeri var.  Qeyd olunmuşdur ki, hərbi xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbi qulluqşuların mənzil-məişət problemlərinin həlli də  daim diqqət mərkəzində saxlanılır.  20 il orduda qüsursuz xidmət etmiş hərbi qulluqçulara  cənab Prezidentin müvafiq  Fərmanına əsasən  mənzillər verilr və bu günə qədər 2200-dən çox hərbi qulluqçuya mənzil verilmişdir. İlin sonuna kimi daha 130 hərbi qulluqçu mənzillə təmin olunacaqdır. Ordumuz dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqət və qayğı iıə əhatə olunub. Bu diqqət və qayğı nəticəsində Azərbaycanın Müzəffər Ordusu  dünyada məhz Müzəffər, döyüş meydanında qalib gələn ordu kimi tanınır.
Vətən  Müharibəsinin gedişatında  Hadrut əməliyyatının mühüm rol oynadığının qeyd edən  cənab Prezident bildirmişdir ki, Hadrut əməliyyatı müsir nünya müharibələri tarixində öz layiqli yerini tutacaq.  Cənab Prezident, Müzəffər Ali Baş Komandan çıxışı zamanı Ermənistana xəbərdarlıq edərək bildirmişdir: “Əgər Ermənistan yenidən  bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axrı ikinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik  ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaransın”
 
Cavid Fərhadov – ehtiyatda olan polkovnil-leytenent

Şərhlər

XƏBƏR LENTİ