SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Görüşlər, razılaşmalar, Makronun Azərbaycan dilində statusu – Deputat Brüsseldən verilən mesajlardan danışdı

Görüşlər, razılaşmalar, Makronun Azərbaycan dilində statusu – Deputat Brüsseldən verilən mesajlardan danışdı

Tarix:

18-12-2021, 12:44

/ 579 dəfə oxundu.
Görüşlər, razılaşmalar, Makronun Azərbaycan dilində statusu – Deputat Brüsseldən verilən mesajlardan danışdı

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 13-də Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya işgüzar səfərə getmişdi.

Azərbaycan Prezidenti səfər çərçivəsində bir neçə önəmli görüş keçirdi.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşünü isə xüsusi qeyd etmək lazımdır. Çünki həmin görüşdə bir sıra önəmli razılaşmalar əldə olundu.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.

Bir gün sonra – 15 dekabrda isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilildi. Keçirilən görüşlərin hər birində Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması müzakirə olundu. Görüşdən sonra sonra isə Fransa Prezidenti Emmanuel Makron öz rəsmi sosial şəbəkə hesablarında Azərbaycan dilində status paylaşdı.


İlham Əliyev və Şarl Mişel
Bəs görəsən Brüssel görüşündə hansı önəmli mesaj verildi? Azərbaycan görüşdən istədiyini əldə edə bildimi? Makronun Azərbaycan dilində mesaj yazması nəyə hesablanmışdı?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Cavanşir Feyziyev Brüssel görüşlərinin gündəliyinin və məzmununun kifayət qədər geniş olduğunu bildirib:

“İlk növbədə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzv dövlətlərin Sammiti Aİ-Azərbaycan münasibətlərini zamanın nəbzinə uyğun olaraq inkişaf etdirmək və bu münasibətlərin mövzusunu və mahiyyətini daim təkmilləşdirmək baxımından çox əhəmiyyətli siyasi bir tədbirdir. 2018-ci ildə keçirilmiş analoji Sammit zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında ölkəmizin maraqlarını özündə əks etdirən “Tərəfdaşlıq Prioritetləri” adlı mühüm sənəd qəbul olunmuşdu. Bu dəfəki Sammitin yekun Bəyannaməsində də Azərbaycanın hərbi-siyasi və iqtisadi maraqları öz əksini tam şəkildə tapdı. Bununla yanaşı NATO baş katibi ilə, eləcə də digər dövlət başçıları ilə keçirilmiş ikitərəfli danışıqlar da cari mərhələdə Azərbaycanın mövqeyini bildirmək və öz mövqeyinə siyasi dəstək qazandırmaq baxımından olduqca əhəmiyyətlidir”.

Şərhlər

XƏBƏR LENTİ