SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » DİM-in pulçatmaz SINAQ İMTAHANLARI... - “2 manatdan 40-55 manata qalxıb”

DİM-in pulçatmaz SINAQ İMTAHANLARI... - “2 manatdan 40-55 manata qalxıb”

Tarix:

17-12-2021, 19:14

/ 605 dəfə oxundu.
DİM-in pulçatmaz SINAQ İMTAHANLARI... - “2 manatdan 40-55 manata qalxıb”

Son günlərdə cəmiyyətdə abituriyentlər üçün nəzərdə tutulan sınaq imtahanı qiymətlərindəki artım gündəmdədir. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanları keçirəcək. Ali məktəb tələbəsi olmağı arzulayanlar biliklərini yoxlamaq üçün 40 manat ödəməlidirlər. Ötən illərdə isə bu qiymət 20 AZN təşkil edirdi. Abituriyentin gəlir mənbəyinin yalnız ailəsi olduğunu və öz maddi ehtiyaclarını ödəmək üçün onlara ehtiyac duyduğunu nəzərə alsaq, bu hal valideynlər üçün də çətindir. III ixtisas qrupuna hazırlaşan abituriyentlərinvəziyyəti isə daha da fərqlidir. Onlar “Coğrafiya” fənni üzrə sınaq imtahanlarında iştirak etmək istərlərsə, əlavə olaraq 15 manat ödəməlidilər.

Bəs qiyməti 40-55manat təşkil edən bir sınaq imtahanı abituriyent və valideynlər üçün nə qədər real və əlçatandır?

Xalqxeber.az xəbər verir ki, bu və digər suallar barədə “Sherg.az” danışan təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, qiymət artımları, əsasən, Dövlət İmtahan Mərkəzinin publik hüquqi şəxs statusu aldıqdan sonra baş verib:

“Məlum olduğu kimi, DİM, öncəki adı ilə desək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olduğu dövrdə sınaq imtahanlarının qiymətləri 2 manat təşkil edirdi. Magistratura üçün isə bu qiymətlər 3 manat idi. Qurum o dövrdə dövlətin nəzarətində idi. Amma sonraki gedişdə 20 manat artdı. Ötən ilin fevral ayında isə 40 manat həddində təyin olundu”.

Ekspert bildirib ki, qiymət artımına imtahanların keçirilmə qaydasında yaranan fərqliliklər də səbəb oldu:

“2019-cu ildə kurikulum sisteminə keçid etdikdən sonra bu əsasda qəbul imtahanları həyata keçirildi. Bu imtahanda ötən illər ilə müqayisədə bəzi fərqliliklər var idi. Bunlara açıq tipli suallar, dinləmə, oxuyub-anlama mətnləri və.s daxildir. Ötən illərdə bu tipli test tapşırıqları olmadığından suallar yalnız optik oxucular tərəfindən yoxlanılırdı.Amma indiki kurikulum sistemində bu qurum insan amilindən istifadə edir. Bu səbəbdən həmin şəxslər DİM tərəfindən müəyyən ödəniş alır”.

E.Əfəndi düşünür ki,bu qiymətlərin 40 manat həddində formalaşması indiki dövr üçün bir o qədər də düzgün yanaşma deyil. O qeyd edir ki, bir qədər humanist davranmaq olardı:

“Düşünürəm ki, ən az 30 manat həddində formalaşsa idi, bəlkə, anlaşılan bir durum yaranardı. Çünki hazırda əhali əsas karantin dövründən sonrakı mərhələdə yaşayır və hələ də istədikləri kimi qazanc əldə edə bilmirlər. Bütün bunlar nəzərə alına bilərdi”.

Ekspertin qənaətincə imtahanlar hər kəs üçün əlçatan deyil:

“Sınaq imtahanlarında abituriyentlərin iştirakında müəyyən azalma var.

Bu istənilən halda imkanı çatmayan şəxslərdi ki, bu qədər pul ödəyə bilmirlər. Nəticə etibarilə, mövcud şərtlər həmin abituriyentə mənfi təsir göstərir.

O baxımdan ki, abituriyent sınaq imtahanında iştirak edə bilmədikdə özünü imtahan prosesində necə aparmaq lazım olduğunu və vaxtı tənzimləməyi bilmir.

Maddi cəhətdən imkanı olmadıqda imtahan formatından, suallarından və auditoriyasından və.s xəbəri olmur. Düşünürəm ki, bu amillər də nəzərə alınmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ