SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Tarix:

19-11-2021, 14:50

/ 643 dəfə oxundu.
Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Kəlbəcər rayonunun işğaldan azad olunması ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir.    

 Kəlbəcər rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il aprelin 2-də  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3054 kv.km. ərazisi olan rayonun 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibatiərazi dairəsi düşmən tapdağı altına düşüb, 88 300 nəfər əhali məcburi köçkünə çevrilib. 
 İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilərək dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Sonradan isə rayon ərazisində ermənilər məskunlaşdırılıb. 
 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.  Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.
Bu gün Kəlbəcərdə böyük quruculuq işləri həyata keçirilir. Kəlbəcər azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da Kəlbəcər rayonunda səfərdə olublar. Həmin gün Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır.

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu il avqustun 16-da dövlətimizin başçısı və birinci xanım yenidən Kəlbəcər rayonunda olmuşlar. Onların  iştirakı ilə  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin və  Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni yolun təməli qoyulub. Səfər zamanı həmçinin 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.
Bəli, Kəlbəcər yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir. Prezidentimizin rəhbərliyi ilə azad edilən torpaqlarımızın, o cümlədən Kəlbəcərin bərpa edilməsi üçün Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir və tezliklə   rayon yenidən Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.

Nazim Əzimov – Kəlbəcər sakini, 
Əfqanıstan və Qarabağ müharibəsi veteranı

Şərhlər

XƏBƏR LENTİ