SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Quska"nın həbsdə olan dayısı oğlundan XƏBƏR VAR - Aydın Əliyevlə QALMAQALINA son VERİLİR?

"Quska"nın həbsdə olan dayısı oğlundan XƏBƏR VAR - Aydın Əliyevlə QALMAQALINA son VERİLİR?

Tarix:

18-11-2021, 18:13

/ 905 dəfə oxundu.
"Quska"nın həbsdə olan dayısı oğlundan XƏBƏR VAR - Aydın Əliyevlə QALMAQALINA son VERİLİR?


3 ildir həbs həyatı yaşayan və Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan tanınmış bəstəkar, gecce.az saytının rəhbəri Tural Bayraməliyevin dekabrın 16-da Ali Məhkəmədə yekun məhkəmə baxışı keçiriləcək və həmin prosesdə yekun qərar veriləcək.

Bu barədə Bizim.Media-ya Tural Bayraməliyevin nümayəndəsi, ictimai vəkil Samir Zeynalov məlumat verib.

Xatırladaq ki, Tural Bayraməliyev Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı 824 min manatdan artıq dələduzluq faktı ilə bağlı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ramella Allahverdiyevanın çıxardığı 05 avqust 2020-ci il tarixli hökm ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib.

Samir Zeynalov Tural Bayraməliyevin özünü günahsız hesab etdiyini qeyd edib:

“Müdafiə etdiyim şəxs qanunsuz həbs həyatı yaşayır və bəraət alacağına ümid edir. O, dəfələrlə həbsinin sifarişli olduğunu bildirir və qərəzli olaraq həbs edildiyini deməkdən çəkinmir. Şədiyyə Salehli ifadəsində bildirib ki, 24 ay müddətinə 450,000 manat kredit vəsaiti bankın qarşısında Tural Bayraməliyevə birgə iş görmək məqsədilə verib. Qeyd edim ki, həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub. Tural Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230 min manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100 min manatını xanım öz şəxsi ehtiyacları üçün xərcləyib. Bu hallar da məhkəmə hökmündə öz əksini tapıb. Bundan başqa Şədiyyə Salehli notarisuda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib. Onu da qeyd edim ki, Şədiyyə Salehlinin həyat yoldaşı Rasim Süleymanov cavabdehlər “AGBANK” ASC və Şədiyyə Salehliyyə qarşı mülki müstəvidə məhkəmədə iddia qaldıraraq “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbini irəli sürüb. İddia tələbi Yasamal rayon məhkəməsində təmin edilsə də, uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apelyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilib.

İş üzrə yeni qətnamə qəbul olunub. Həmin qətnamədə Şədiyyə Salehlinin yuxarıda qeyd olunan qanunsuz əməlləri təsvir edilib. Sözügedən qətnamə iddiaçının kassasiya şikayəti üzrə 01.11.2021-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanılıb”.

Xatırladaq ki, Tural Bayraməliyev 6 gün öncə qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Onun aclıq keçirməsi ilə bağlı İnsan Hüquqları Müvəkkili Səbinə Əliyevaya müraciət edilib.

Qeyd edək ki, Tural Bayraməliyev hazırda həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin dayısı oğludur.

Şərhlər

XƏBƏR LENTİ