SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Cənub Qapısı” yaşayış kompleksində Uşaq Bağçasının açılışı olub

“Cənub Qapısı” yaşayış kompleksində Uşaq Bağçasının açılışı olub

Tarix:

12-11-2021, 14:12

/ 1 233 dəfə oxundu.
“Cənub Qapısı” yaşayış kompleksində Uşaq Bağçasının açılışı olub

Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir.

Xalqxeber.az
xəbər verir ki, müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisəsinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində fəaliyyət göstərməsinə “Cənub Qapısı” yaşayış kompleksinin rəhbərliyi xüsusi töhfələr verir. Tanınmış iş adamı Şamil Heydərovun məktəbəqədər tərbiyə müəssisəsinin inşa olunmasında göstərdiyi əvəzolunmaz əməyi danılmazdır. İş adamının atdığı bu addım bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Şamil müəllimin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu mühüm layihə uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Zəfər Günü ilə əlaqədar olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Cənub Qapısı” yaşayış kompleksində İş adamı tərəfindən tikilmiş “Babyland” uşaq bağçasının açılışı olub. Tədbirdə rəsmi şəxslər, media nümayəndələri həmçinin Vətən Müharibəsi iştirakçıları eləcədə Qarabağ veteranları iştirak ediblər. Uşaq bağçası iş adamı tərəfindən zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaq bağçasının direktoru məlumat verib ki, kompleks rəhbərliyi tərəfindən 120 yerlik uşaq bağçası müasir üslubda tikilib. Bağçada 30 nəfərdən ibarət işçi fəaliyyət göstərəcək. Uşaq bağçası 8 otaqdan ibarətdir. Körpələr evi-Uşaq bağçasında şahmat, musiqi, rəqs, rəsm, ingilis və rus dilləri keçiriləcək. Bundan başqa qeyd edək ki, uşaü bağçasında idman zalı və hovuz fəaliyyət göstərəcək. Bağçanın ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su, elektrik və istilik sistemləri ilə təmin edilib. Bildirilib ki, ərazidə oyun meydançası da var. Məşğələ və yataq otaqları hər cür avadanlıq və ləvazimatlarla təmin edilib. Pandemiya ilə əlaqədar olaraq bağçada bütün gigiyenik qaydalara ciddi riayət olunur. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki körpələr evi-uşaq bağçası da ən müasir standartlar səviyyəsində qurulub. 

Xüsusilə qeyd edək ki, “Babyland” uşaq bağçasının yerləşdiyi “Cənub Qapısı” yaşayış kompleksində 1200 mənzil var. Yaşayış kompleksinin 306 mənzili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Qazilərinə və Əlillərə verilmişdir. Hal-hazırda ümumilikdə “Cənub Qapısı” yaşayış kompleksində 700 ailə yaşayır. Onu da qeyd edək ki, gələcək aylarda “Cənub Qapısı” yaşayış kompleksində 14 mərtəbəli binanın tikintisi nəzərdə tutulur. Bundan başqa gələcəkdə kompleks ərazisində məktəb binasının və növbəti uşaq bağçasının açılışı baş tutacaq.




Şərhlər

XƏBƏR LENTİ