“Məktəbdə şəhidlər arasında ayrı-seçkilik aparılır” - Şəhid ailəsindən NARAZILIQ
Şəki rayonunun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu kənd məktəbində Birinci və İkinci Qarabağ müharibə şəhidləri arasında ayrı-seçkilik edilməsi ilə bağlı müraciət edib.
O, Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, 6 noyabr tarixində Selbasan məktəbində Zəfər bayramı ilə bağlı tədbir keçirilib, lakin məktəbin tək şəhid olmuş məzununa qarşı diqqətsizlik göstərilib.
“Məktəbin müəllimləri şagirdlərə şəhidlərin şəkli olan pilkalar paylayıblar. Həmin məktəbdə şagird olan Şəhid Faiq Əbdürəhimovun qardaşı qızı müəllimədən soruşub ki, “bəs, mənim şəhid əmimin şəkli olan pilka niyə yoxdur”? Müəllimə cavab verib ki, “burda təzə şəhidlərin şəkilləri var. Köhnə şəhidlərin yoxdur“.
Bu müəllim başa düşmür ki, şəhidin təzəsi, köhnəsi olmur. Qardaşın həmin məktəbin məzunu olmuş tək şəhiddir. Amma nə olsun”.
Şikayətçi sonda qeyd edib ki, həm də bu məktəbdə uşaqlardan qanunsuz pul yığılır.
“Pulun miqdarını bilmiyən 1-ci sinif şagirdlərinin əlinin içinə 5 yazıb göndərirlər ki, valideyin əlindəki beş mesajını alıb pulu göndərsin. Xahiş edirəm ki, bu biabrçılığı, müəllim adına yaraşmayan hərəkətləri yığışdırsınlar”.
Məsələ ilə bağlı Şəki şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən Bizimyol.info-ya bildirdilər ki, məsələ araşdırılacaq və bu barədə məlumat veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...