Almaniyadakı Azərbaycan Kimya Cəmiyyətinin növbəti vebinarı keçirilib – FOTO
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Almaniya Azərbaycanlıları Alyansının, AMEA-nın Kimya Elmləri Bölməsi və Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dəstəyi ilə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin müəllimləri, tədqiqatçıları və tələbələri iştirak edib.
Cəmiyyətin elm, təhsil və tədqiqat üzrə meneceri Dr. Elmir Babayevin moderatorluğu ilə aparılan vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Tədbirin 8 noyabr – Zəfər Günü ərəfəsinə təsadüf etdiyini xatırladan moderator Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük Qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.
Sonra Almaniyanın Rostok Universitetinin əməkdaşı, Dr. Cavid Səfərov “Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda təqdimatla çıxış edib. Alim alternativ yanacaqlarla yanaşı, ionlu mayelərin, alifatik spirtlərin, dəniz, geotermal və çay sularının istilik-fiziki xassələrinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan və onların nəticələrindən danışıb. Eyni zamanda həmyerlimiz birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb, sualları cavablandırıb.

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb