“İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
“İran-ABŞ atəşkəsi hələ də qüvvədə qala bilər”.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO sammitindən sonra “On Record with Hadley Gamble”a eksklüziv müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsin bitdiyini iddia etməsinə baxmayaraq, İranla atəşkəsin qüvvədə qala biləcəyinə inanır.
Fidan İranın son addımlarını “qisas” adlandırıb və baş verənləri anlaşılmazlıq kimi qəbul etdiyini deyib: “Hər iki tərəf həqiqətən atəşkəs əldə etmək və sülh sazişi üçün irəliləmək istəyir. Anlaşılmazlıqlar, təxribatlar və qisas tədbirlərinə qarşı çox diqqətli olmalıyıq”.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında son eskalasiyadan sonra D.Tramp İranla atəşkəsin qüvvədən düşdüyünü bildirmişdi.

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb